sayfa içeriği

Min Bir Dad

Soğanlı yumurta

Soğanlı yumurta

Soğanlı yumurta

Soğanlı yumurta

Yumurta ilə bişirilən yeməklər həm ləzzətli, həm də pratikdir.

Hələ ki, çörək batıraraq yeyiləcək yumurtanın dadı tamamən başqadır və bu yumurtaya heç kim yox deyə bilməz.Mətbəxlərimizdə ədviyyatı çox, soğanlı yumurta  bişmişinin xüsusi yer vardır.

Soğanlı yumurta bişirmək istəyirsiniz?

1001 dad saytı bunları nəzərə alaraq sizlərə “Soğanlı yumurta” tərifini təqdim edir.

Soğanlı yumurtanı qapağı qapadılmış tavada bişirmək əsasdır.

Burada quru soğan ilə verdiyimiz tərifi təzə soğan, pırasa yaxut   da ıspanaq ilə   hazırlaya bilərsiniz.

Qəhvəaltı süfrəsində sevdiklərinizlə birlikdə nuş etməyinizi arzu edirik.

 Lazım olan ərzaqlar:

  • 3 orta boy soğan,
  • 3 kənd  yumurtası,
  • 1 şorba qaşığı  kərə yağı,
  • Bir az qırmızı toz bibər,
  • Bir az istiot,
  • zirə,
  • kəklikotu,
  •  pul bibər,
  • duz

Hazırlanma qaydası:

  • Əvvəlcə bişirmək üçün qapaqlı bir tava seçin.
  • Ərzaqlarınızı bir soğan bir yumurta şəklində ölçüləndirə bilərsiniz.
  • Kərə yağı sevməyənlər 1-2 qaşıq zeytun yağı da istifadə edə bilərlər.
  • Kərəyağını tavaya alıb vam odda əridin.
  • Kiçik halda doğradığınız soğanları tavaya alın.
  • Soğanları tavaya alınca duzunu əlavə edin ki, soğanlar yumşalsın  və rəngi dəyişsin.
  • Aradabir qarışdıraraq qapağını qapadın ki, soğanlar yaxşı bişsinlər.
  • Soğanlar yumşalan kimi istiotu, qırmızı bibəri , cirəni əlavə edərək ətirləndirin.
  • Soğanlar qovrulduqdan sonra bişirəcəyiniz yumurta sayısına görə soğanların arasından  göz açın.
  • Yumurtalarınızı bu gözlərə qırıb arzu edərsinizsə yumurtaların ağlarını soğanların üzərinə yaya bilərsiniz.
  • Tavanın qapağını örtün və ocağın atəşini artırın.
  • Yumurtaların ağları bişəcək, sarısı isə bir az bişəcək ölçüdə bişirin.
  • Üzərinə nanə və pul bibər gəzdirib süfrəyə alın.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *