Min Bir Dad

Şokolad şəlaləsi tortu

Comments Off on Şokolad şəlaləsi tortu

 Şokolad şəlaləsi  tortu

Şokolad şəlaləsi

Şokolad şəlaləsi

Şokolad şəlaləsi  tortu

Şokolad şəlaləsi  tortu  üçün lazım olan ərzaqlar:

  • 2 yumurta,
  • 4 yemək qaşığı toz şəkər,
  • 100 qr kərə yağı,
  • 120 qr bitter şokolad,
  • 2 yemək qaşığı un. 

Şokolad şəlaləsi  tortunun hazırlanma qaydası:

  • Kərə yağı və şokoladı  bir qabın içərisinə alıb  benmari üsulü əridin(benmari üsulu qaynar su içində qabda şokoladı əritmək).
  • Ayrı bir qabın içərisinə yumurta və toz şəkər qoyub ,  şəkər tamamən əriyənə qədər çırpın.
  • Üzərinə benmari üsulu ilə əritdiyiniz şokolad qarışığını əlavə edib qarışdırın.
  • Daha sonra un əlavə edib yumurtaları taxta qaşıqla yavaş yavaş aşağıdan yuxarıya doğru qarışdırın.
  • Fırın sinisini yağlayınvə sonra unlayın.
  • Hazırlanan qarışımı yağladığınız qəlibə tökün.
  • Əvvəlcədən fırını 170 dərəcə qızdırın.
  • Qəlibi fırına verin və üzəri qabıq bağlayana qədər bişirin(kekslərə toxunduqda üstü qabıqlı amma yumşaq olmalı).
  • Keksi qəlibdən çıxara bilmək üçün kənarlarını bıçaqla kəsin və servis tabağına tərs çevirin.
  • Şokolad şəlaləsi tərcihə görə qaymaq və ya dondurma ilə servis edilə bilər.

 

Comments are closed.