Min Bir Dad

Şokoladlı keks

shokoladli-keks

Şokoladlı keks

Lazım olan ərzaqlar:

  • 1 paket şokolad,
  • 1 yemək qaşığı marqarin,
  •  3 ədəd yumurta,
  • 1,5 su stəkanı toz şəkər,
  • 1 paket vanil,
  • 1 paket qabartma tozu,
  • 1 su stəkanı duru yağ,
  • 1 su stəkanı qatıq,
  • 1 çay qaşığı darçın,
  •  3 su stəkanı un.

Hazırlanma qaydası:

  • Geniş bir qabın içində yumurtalarla şəkəri  mikserlə  yaxşıca çırpın.
  •  Ayrı bir yerdə unu, qabartma tozunu, vanil və darçını qarışdırın.
  • Yumurtalara qatıq və duru yağ əlavə edib qarışdırın və un ilə olan qarışığı üzərinə əlavə edin.
  • Artıq tam qarışıq əldə edəndən sonra keks qabını sobada bir az qızdırın.
  • İsti keks qabını yaxşıca yağlayıb, içinə qarışımı əlavə edin.
  • Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.
  • Keksin üstü artıq qızarıbsa diş çöpü ilə yoxlayın.
  •  Əgər çöp üzərində xəmir qalmırsa deməli ,keksiniz hazırdır.
  •  Keks hazır olanadək şokoladı hazırlayın.
  •  Onun hazırlanma qaydası paketinin üzərində yazılır.
  • Keksi sobadan çıxardandan sonra üstünə şokoladı əlavə edin və soyumasını gözləyin.

So, what do you think ?