Min Bir Dad

Şokoladlı kurabiyə

0

biskrem-kurabiye-tarifi

Şokoladlı  kurabiyə

Kurabiyə üçün lazım olan ərzaqlar:

  • 250 q kərə yağ (otaq temperaturunda),
  • 1 stəkan maye yağ,
  • 2 yumurtanın  sarısı (ağını üzərinə),
  • 7 yemək qaşığı şəkər,
  • 1 paket qabartma tozu,
  • 1  paket vanilin,
  • 1 yemək qaşığı limon suyu,
  • 2,5-3 stəkan qədər un,

İçi üçün:

  • Krem şokolad,

Üzəri üçün:

  •  Yumurtanın  ağı və yetəri qədər çəkilmiş fındıq

Şokoladlı  kurabiyənin hazırlanma qaydası:

  • Bütün ərzaqları qatıb yumşaq xəmir yoğurun.
  • Qozdan böyük kündələr qopardıb ovuc içində açın və çay qaşığı ilə içinə krem şokolad qoyun.
  • Xəmirin ağzını bağlayın.
  • Əvvəlcə yumurta ağına , sonra isə fındıq əzməsinə batırın.
  • 170 dərəcədə üstü qızarana qədər bişirin.
  • Bu kurabiyəni  krem şokolatsız da hazırlamaq olar.

Not:

  •  Xəmirin unu çox olarsa içini qoyduqdan sonra rahat birləşməz.
  • Ona görə də unu az-az qoymaq lazımdır.

So, what do you think ?