Min Bir Dad

Şor qoğal

Şor qoğalı

Şor qoğalı

Şor qoğal hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 1 kq un,
  • 2 yumurta,
  • 1\2 çay qaşığı sarıkök,
  • 1 çay qaşığı dolu duz,
  • 2 stəkan süd,
  • 1 çay qaşığı quru maya,
  • İçlik üçün:
  • 2 stəkan un,
  • 1 çay qaşığı duz,
  • 10-11  xörək qaşığı ərimiş kərə yağ ,
  • 1\4 çay qaşığı istiot,
  • 2 çay qaşığı cirə,
  • 2 çay qaşığı razyana,
  • 1\3  çay qaşığı sarıkök,

Yağlamaq üçün

  • 400-450 q kərə yağı,

Üzü üçün:

  • 1 yumurta,
  • Xaş-xaş

Şor qoğal hazırlanması:

  • Şor qoğal xəmirini hazırlamaq üçün stəkana maya töküb ilıq süddə qarışdırın. Südlə maya 5-10 dəqiqə qalıb köpüklənir.
  • Südü ilıq qızdırın.
  • İçərisinə sarıkök qatın.
  • Bir qaba un ələyin.
  • Unun ortasını açın.
  • Yumurtanı sındırın, duzu səpin, maya və sarıköklü südü də əlavə  edin.
  • Şor qoğal xəmirini qarışdırıb həll olana qədər yoğurun.
  • Şor qoğal xəmir yumşaq olur.
  • Xəmirin üzərinə selefon çəkib dəsmal qoyub üstünü örtürük ki acısın.
  • İndi də şor qoğal içini  hazırlayaq.
  • Unu tavaya töküb ocağın üzərində qızılı rəng alana qədər qovurun.
  • Un qovrulub qızılı rən aldıqdan sonra başqa qaba tökün. Un soyuyandan sonra duz, istiot, sarıkök, razyana, cirə töküb qarışdırın.
  • Sonra bu unlu, ədviyyatlı qarışığa yağı əlavə edib qarışdırın.
  • Artıq şorq qoğalın içi hazırdır.

Şor qoğal xəmirinin hazırlanlası:

  • Xəmiri hazırlayın.
  • Xəmir hazır olduqdan sonra acımması üçün gözləmək lazımdır. Şor qoğal xəmiri təqribən 2 saata acıyır.
  • Yuxaları yağlamaq üçün yağı əridin.
  • Üzərinə çəkmək üçün yumurtaları bir qabda sındırın.
  • Acıyan xəmir artıq kündələnməyə hazır haldadır.
  • Xəmirdən 15-16 kündə düzəldin.
  • Hazırladığımız kündə də  5 dəqiqə  qalıb özünə gəlməlidir.
  • 5 dəqiqə gözləyən kündələri nazik yuxa yayın halına gətirin
  • Yaydığınız yuxaları əllə bir az dartıb böyüdün.
  • Bütün yuxalar yayıldıqdan sonra kəsib hazırlayın.
  • Kəsikləri rulon kimi bükün.
  • Ortasını açıb içərisinə iç qoyub ağzını bükün.
  • Azca əlimizlə yayıb qurumasın deyə üzərini nəm bezlə örtün.
  • Hazır şor qoğal əlimizlə bir az yastılayıb üzərinə xaş-xaş, qara çörəkotu  və yumurta sarısı çəkirik.
  • 220 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.

Şor qoğal novruz xonçasında səməninin, şəkərburanın, şəkərçörəyinin, paxlavanın  yanında mütləq olur.

 

So, what do you think ?