fbpx

Min Bir Dad

Şorba (düyü ilə noxud şorbası)

0

 

Düyü supu

Lazım olanlar:

Hər payına:

  • 163 q qoyun əti,
  • 25 q düyü,
  • 20 q ərimmiş yağ,
  • 20 q noxud,
  • 20 q təzə yaxud 10 q alça qurusu,
  • 20 q baş soğan,
  • 15 q keşniş və şüyüd,
  • 1 q nanə qurusu,
  • duz,
  • istiot.

Hər payı üçün 2-3 tikə qoyun əti üstünə soyuq su tökülərək ən azı bir saat bişirilir. Qabaqcadan 3-4 saat isladılıb yarımhazır hala gətirilmiş noxud və düyü qaynar bulyona tökülür. Sonra yağda qızardılmış soğan, ət və duz bulyona əlavə edilir və bişirilir. Xörəyin hazır olmasına 15 dəqiqə qalmış alça əlavə edilir.

Süfrəyə veriləndə üstünə keşniş və şüyüd sərpilir.

 

So, what do you think ?