sayfa içeriği

Min Bir Dad

Sucuqlu yumurtalı pidə

Sucuqlu yumurtalı pidə

 

sucuqlu-yumurtali-pidə

sucuqlu-yumurtali-pidə

Sucuqlu yumurtalı pidə

“Sucuqlu və pendirli pidə” tərifi istəmişdiniz? 1001 dad saytı  tapa biləcəyiniz və hazırlaya biləcəyiniz ən nəfis “Sucuqlu yumurtalı pidə” tərifini sizlərin diqqətinə çatdırır!  

Yemək tərifləri arasında ən çox oxunan   yemək təriflərindən  biri olan “Sucuqlu və yumurtalı pidə”  tərifini   böyük bir keyiflə hazırlamanızı və sevdiklərinizlə birlikdə   yeməniz  arzusuyla!

 “Sucuklu və pendirli pidəni”  də ev mühitində etmək mümkündür.

Bu xəmir tərifimizi mütləq qeyd edin.

Bütün pidə və ramazan pidəsi istehsalında bu reseptdən  istifadə edə bilərsiniz.

Yumşaq nəfs bir xəmirdir.

Sucuqlu yumurtalı pidə  üçün lazım olan ərzaqlar:

  1. 1.5 Su stəkanı su,
    1 Su stəkanı süd və ya ayran,
    1 silmə yemək qaşığı  quru maya,
    1   çay  qaşığı şəkər,
    1 çay qaşığı duz,
    2 yemək qaşığı zeytun yağı,
    5- 5,5 su stəkanı qədər un,

Ayrıca:

  1. Sosiska,
  2. holland  pendiri ,
  3. yumurta

Sucuqlu, yumurtalı pidənin hazırlanma qaydası: 

  1. Xəmir  üçün olan ərzaqlardan istifadə edərək  yumşaq bir xəmir hazırlayın.
  2. Üzərini örtüb mayalanmaya buraxın.
  3. Mayalanan xəmirdən iri portağal böyüklüyündə parçalar ayırın.
  4. 1 sm qalınlığında böyük boy tort qabı böyüklüyündə   kündələri  açın .
    Kənar qisimlərə holland pendiri  dilimləri yerləşdirib, xəmirin kənarlarını içə doğru qatlayın.
  5. Ortada qalan boşluğa holland   pendiri  rəndəsi döşəyin.
  6. Kənarlara sosiska dilimləri düzün.
  7. Tam ortaya da bir ədəd yumurta qırın.
    Kənar hissələrə  yumurta sarısı sürtün.
  8. Əvvəldən   22 dərəcəyə qədər isidilmiş fırında üzəri qızarana qədər bişirin.
  9. Soyutmadan  servis  edin.
    Qeyd:
  10.  Pidə qalın olmadığı üçün tez bişir və içi xəmir qalmır. Siz Sobanıza görə istiliyi təyin edə bilərsiniz.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *