sayfa içeriği

Min Bir Dad

Süd şorbası

0

Süd şorbası

Süd şorbası

Süd şorbası

Süd şorbası

Süd şorbası bişirmək üçün lazım olan ərzaqlar:

  • 1 litr süd,
  • 100 qram göbələk,
  • 1 yemək qaşığı un,
  • 2 yemək qaşığı zeytun yağı,
  • 1 çay qaşığı əzilməmiş qara istiot,
  • 1 çay qaşığı duz,
  • 200 ml su,

Süd şorbasının hazırlanma qaydası:

  • Qazanda 1 yemək qaşığı zeytun yağını qızdırın.
  •  Qızdırdığınız yağa unu əlavə edib qovurun.
  • Unun  iyi çəkiləndən sonra yavaşça südü və suyu əlavə edib, 8 – 10 dəqiqə  qaynadın.
  • Süd qaynayana qədər göbələkləri yuyun.
  • Yuyulmuş göbələklərin suyunu süzün.
  • Yuyulmuş göbələkləri kiçik –kiçik doğrayın.
  • Bir tavada 1 yemək qaşığı zeytun yağını qızdırın.
  • Qızdırmış olduğunuz yağın içinə doğradığınız göbələkləri əlavə edin.
  • Göbələkləri yağda  2 – 3 dəqiqə  qovurun .
  • Qovurduğunuz göbələkləri də süd qaynatdığınız  qazana  əlavə edin. Bir az qaynatdıqdan sonra istiot və duzunu  da əlavə edin və 5 dəqiqə daha qaynadın. Artıq şorba süfrəyə verilmək üçün hazırdır.
  • Şorbanı isti halda servis edin.

 Bənzər reseptlər:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *