Min Bir Dad

Südlü badam şorbası

Südlü badam şorbası

Südlü badam şorbası

Südlü badam şorbası

Südlü badam şorbası

Lazım olan ərzaqlar:

  • 2,5 stəkan  süd,
  • 150 q  badam,
  • 1,5 stəkan  un,
  • 4 şorba qaşığı kərə yağı,
  • 1 ədəd  hindistan cəvizi,
  • 4 stəkan sümük k suyu,
  • Duz,
  • Yarım dəstə  cəfəri,
  • Süsləmək üçün  nar dənələri( Arzuya görə ).

Hazırlama qaydası:

  • Badamların qabıqlarının asanlıqla soyulması üçün isti suda 5 dəqiqə qaynadın.
  • Qabıqları soyulan badamları incə-incə doğrayın.
  • Şorba bişirəcəyiniz qazanda kərə yağını əridin.
  • Un  əlavə edib iyi çıxana qədər qovurun.
  • İncə çəkilmiş badamları da əlavə edərək 2-3 dəqiqə daha qovurma işlərinə davam edin.
  • Bu qarışıma süd və sümük suyu əlavə edərək ərzaqları topaclanmaması üçün qarışdırın.
  • Vam odda qaynayıb qatılaşan şorbanı ocaqdan düşürməzdən əvvəl Hindistan cəvizini də  rəndələyərək  əlavə edin.
  • Bir başqa qabda bir şorba qaşığı kərə yağı əridin.
  • Yarım çömçə sümük suyunu da bu qarışıma əlavə edin.
  • Pokurdamağa başlayanda bu qarışığa incə doğranmış cəfəri doğrayın.
  • Cəfərinin əlavə edilməsindən sonra bu sosu şorbanın üzərində gəzdirin.
  • Arzuya görə üzərini nar dənələri ilə süsləyə bilərsiniz.
  • Nuş olsun!

 

So, what do you think ?