sayfa içeriği

Min Bir Dad

Südlü bibər

Südlü bibər

südlü bibər

südlü bibər

Südlü bibər

Südlü bibər turşusunun  yeməyi  də  olur.

Sizə təqdim etdiyim qəhvəaltılıq üçün olan” Südlü bibər”  də çox ləzzətli bir tərifdir.

Hər kəsin ağız  dadı başqa olsa da, bu “Südlü bibər”in tamamən başqa bir   möcüzə   ləzzəti vardır.

Bu südlü bibər  iki fərqli növdə edilir.

Birində bibərlərin üzərinə əzilmiş pendir qoyulub, qabın yarısına qədər  doldurulur, digər yarısına  isə  qaynadılıb qatıq mayalandıracaq istilikdən bir az daha ilıq olan süd doldurulur.

Sizə təqdim etdiyim tərif isə   daha praktik olandır. Ləzzət olaraq çox bir fərqləri yoxdur.

Sevdiklərinizlə birlikdə nuş etməyinizi arzulayıram!

Südlü bibər üçün lazım olan ərzaqlar:

3 kq  təzə duzlu kəsmik (yağlı olacaq),
4 stəkan süd,
1 kq  bibər,
Zeytun  yağı

Südlü bibərin hazırlanma qaydası:

Bibərlər yuyunub ortalarından ikiyə kəsilib toxumları çıxarılar.
Dəsmalın üzərinə təkrar kağız dəsmal sərilərək bibərlərin iç qisimləri dəsmala gələcək şəkildə çeşidlənir və üzəri örtülüb bir gecə gözlədilir.
Beləcə bibərlərin bütün suyu gedər.
Gözlədilən bibərlər iri parçalar halında doğranır böyükcə bir qabın içinə qoyular.
Üzərinə lor pendiri və süd tökülərək tamamən qarışana  qədər yaxşıca qarışdırılar.
Pendir  duzlu olduğu üçün ayrıca duza ehtiyac yoxdur.
Bu qarışıq üzəri örtülərək üç ya da dörd gün gözlədilər, amma gözləmə mərhələsində, hər gün suyunu buraxar.
Davamlı təmiz bir bez ya da kağız dəsmal ilə buraxdığı suyu alınır.

Davamlı olaraq suyu alındıqca hər səfərində qarışdırılır.

Sonra qatıq mayalar kimi yaxşıca sarılır və vaxta  nəzarət edilərək iki -üç gün mayalandırılır.

Tündləşdiyini  görüncə alınıb qapağı heç açılmadan soyuducuda ən az on günə yaxın     saxlanılır.

Amma bunun üçün təzə qoyun yada keçi südü lazımdır.
Üç ya da dörd günün sonunda artıq suyu çıxmırsa qablara doldurulur və bir barmaq boşluq buraxılır.
Üzərlərini örtəcək qədər bir qaşıq zeytun  yağı gəzdirilərək qapaq bağlanır və heç açmadan sərin bir yerdə ən az on on beş gün gözlədilir.
Bibərlər yaxşıca saralıbsa  turşu halına  gəlmişdir deməkdir.
Nə qədər çox gözlədilərsə  o qədər çox ləzzətli olar.
İstifadə  edilən lor pendirinin çox əhəmiyyəti vardır.

Quru  lor pendiri yerinə, yağlı və kremli olan   pendirdən istifadə etmək daha yaxşı olar.
Bu pendirin süd ilə qarışması  daha asan və gözəl olur.

Dadı da çox daha gözəl  olur.
Bundan başqa, yağlı pendir ufalayaraq da edirlər.

Ən   yaxşısı isə    yağlı südü  qaynadıb   pendirlə qarışdırılaraq əldə edilən məhsuldur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *