sayfa içeriği

Min Bir Dad

Südlü kartof şorbası

Südlü kartof şorbası

Südlü kartof şorbası

Südlü kartof şorbası

Südlü kartof şorbası

Südlü kartof şorbası üçün lazım olan ərzaqlar:

  • 3 dənə böyük kartof,
  • 1 dənə  quru soğan,
  • 1 şorba qaşığı un,
  • 2 stəkan  su,
  • Yarımstəkan  süd,
  • Yarım  stəkan duru  yağ,
  • Duz.

Südlü kartof  şorbasının hazırlanma qaydası : 

  • Südlü kartof şorbası hazırlamaq üçün əvvəlcə bişirəcəyiniz kartofları  yuyub suyunu silin.
  • Kartofları soyun və onları  küp-küp doğrayın.
  • Soğanları soyub kiçik  kiçik doğrayın.
  • Qazana yarım stəkan maye yağ töküb doğradığınız soğanları da əlavə edib  bir az qovurun.
    Qovrulan soğanların üzərinə 1 şorba qaşığı un əlavə edib azca qovurun.
    Daha sonra kartofları əlavə edib qarışdırın  və  üzərinə su, süd , duz əlavə edərək  kartoflar yumşalana qədər  bişirin.
  • Kartoflar yumşalandan sonra blenderdən keçirdin.
  • Əgər çox qatıdırsa bir az su əlavə edib qatılığını ayarlayın və bir az qaynadıb ocaqdan düşürdün.
    Arzuya görə  şorbanın üzərinə istiot səpə bilərsiniz.
    Hazırlanan südlü kartof şorbasını  isti olaraq   servis edin.
  •  Bu ləzzətli  şorbayı xüsusi ilə  kiçik uşaqlar üçün hazırlayıb yedirdə bilərsiniz.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *