Min Bir Dad

Südlü nuriyyə

0

Südlü nuriyyə

südlü_nuriyə

südlü_nuriyyə

 

Südlü nuriyyə

Südlü nuriyyə  üçün lazım olan ərzaqlar:

Xəmiri üçün:

  1. 1 çay stəkanı su.
    1 çay stəkanı sulu ev qatığı,
    1 çay stəkanı maye yağ,
    2 yumurta,
    1 çay qaşığı duz,
    Yarım paket qabartma tozu,
    4 su stəkanı qədər un,

    Arasına səpmək üçün:

  2. 200 qr fındıq,

şərbəti üçün:

  1. 2  stəkan su,
    2,5  stəkan süd,
    4  stəkan şəkər,

Üzəri üçün:

  1. 1  stəkan  duru yağ,
  2. 1 çay stəkanı kərəb yağı,

 

Südlü nuriyyənin hazırlanma qaydası: 

  1. Xəmir  üçün lazım olan ərzaqların köməyi ilə  qulaq məməsi yumşaqlığında bir xəmir hazırlayın.
  2. Xəmiri 20 bərabər parçaya ayırıb yarım saat qədər dincə qoyun.
  3. Xəmirləri  tək- tək və ya 2 li olaraq nişasta və un qarışığı səpərək aça bildiyiniz qədər incə açın.
  4. 28 sm diametrində bir nimçəyə döşəyin.
  5. Nimçədən kənarda qalan  qisimləri kəsib aralara yerləşdirin.
  6. Yaymaların  yarısı tamamlandığında bolca   əzilmiş  fındıq səpin.
  7. Qalan xəmirləri da açıb yenidən üzərinə döşəyin.
  8. İri kvadrat   şəklində dilimləyin.
  9. Üzərinə əridilmiş kərə yağı və   maye yağı soyuq və ya ilıq olaraq gəzdirin.
  10. Əvvəldən   180   dərəcə isidilmiş    fırında  qızarana qədər bişirin.
  11. Şərbəti hazırlayın.
  12. Orta  atəşdə 20 dəqiqə  qaynatmaq  yetərlidir.
  13. Azca soyutduğunuz  şərbəti, soyuyan şirinin üzərinə tökün.
  14. Ən az 3-4 saat sonra   servis edə bilərsiniz.

Nuş  olsun!

 

So, what do you think ?