Min Bir Dad

Südlü qənd

0

Südlü qənd

 

Evdə çox tez və asan dadlı südlü qənd hazırlamaq istərsinizmi?

Sizin istəyinizi nəzərə alan 1001 dad yemək saytı ev şəraitində hazırlaya biləcəyiniz çox asan bir tərifi təqdim  edir.

Lazım olan ərzaqlar:

  •  100 ml süd,
  • 300 qr şəkər tozu (məsəməli qənd üçün 300 qr, hamar qənd üçün 200 qr şəkər tozu lazımdır).

Südlü qəndin hazırlanma qaydası: 

  •  Divarları qalın olan tavaya şəkəri  tozunu  və üzərinə südü əlavə edin.
  •  Orta atəşdə taxta qaşıqla davamlı  qarışdıra-qarışdıra  bişirin.
  • Qarışım  qaynadıqca  qatılaşacaqdır.
  • Qarışım açıq qəhvəyi rəngdə olacaqdır.
  • Südlü şəkər artıq hazırdır.
  •  Dərin boşqaba  kərə yağı çəkin və hazır  qarışımı ora  tökün.
  • 10 dəqiqə gözləyin.
  • Soyuduqdan sonra  boşqabı taxtaya çevirin (qənd çox asan çıxır) və kiçik tikələrə doğrayın.

Nuş olsun!

So, what do you think ?