Min Bir Dad

Südsüz blincik

Südsüz blincik resept

Ləzzəti də şəhanə: Südsüz blinçik

Ləzzətli Südsüz blincik

 Həyəcanla mətbəxə girib ləzzətli bir səhər yeməyi hazırlamaq niyyətindəsiniz. 

Səhər yeməyinin ən sadə , ağız dadına uyğun ərzaqlara müraciət edən ləzzətli blinciki də bu səhər yeməyinin baş  roluna qoydunuz.

Yumurta, un olsa bəs edər.

Ancaq blincikin ən vacib malzəməsi olan  süd əskikdir.

 Heç narahat olmayın.”Südsüz  blincik olmaz” deyə  düşünməyin.

Çünkü südsüz də blincik  olur, həm də  ləzzətli olur!

Süd yerinə yenə mayelərdən istifadə edərək eyni dada malik blinciklər hazırlaya  bilərsiniz.    İstərsiniz içərisinə pendir, kərə  yağı kimi ərzaqlar  qoyup nuş edin, meyvə, bal, şokolad   kimi ərzaqlarla da  qəhvəaltınızı  ləzzətli edə bilərsiniz.

3 nəfərlik,

Hazırlanma müddəti:

5 dəqiqə

Bişirmə müddəti:

15 dəqiqə

Lazım olan ərzaqlar:

  • 2 yumurta,
  •  3/4  stəkan su,
  • 1 stəkan duru yağ,
  • 1 çay qaşığı duz,
  • 1 stəkan un.

Diqqət:

  • Qatılığında problem olarsa 1/2 stəkan un daha əlavə edə bilərsiniz.

Hazırlanma qaydası:

  • Bir qabın içərisinə yumurtaları qırıb yaxşıca çırpın.
  • Üzərinə su və duru yağı əlavə edərək yaxşıca qarışdırmaya davam edin.
  • Un və duzu ələyərək bu mayelərin üzərinə əlavə edib çırpın.
  • Qabın üzərini strec filmlə qapadaraq soyuducuda 10 dəqiqə qədər saxlayın.
  • Yanmaz yapışmaz olan düz altlıqlı bir tavanı azca yağlayın  və qızdırın.
  • Hazırladığınız qarışıqdan bir çömçə qədər tavaya töküb tavaya yaxşıca yayın  və bu prosesi sürətli edin.
  • Bir üzü bişdikdən sonra digər üzünə çevirərək o biri üzünü də bişirin.
  • Bu prosesi qurtarana qədər bişirin.
  • Blinciklərinizi pendirlə, kərə yağı, meyvə , şokolad və s kimi ərzaqlarla birlikdə   servis  edin.
  • Hazırladığınız blincikləri sevdiklərinizlə nuş edin!
  • Nuş osun

Bənzər blincik reseptlər:

So, what do you think ?