Min Bir Dad

Süfrələrin kraliçası trəliçə

Süfrələrin kraliçası trəliçə

Süfrələrin kraliçası trəliçə

Süfrələrin kraliçası trəliçə

 

Süfrələrin kraliçası trəliçə

60 dəqiqəyə hazərlanır.

6-8 nəfərlik.

638 kalori

Balkan mətbəxinin məşhur şirniyyatıdır bu Traliçə.

Süfrələrin kraliçası  tirəliçə tərifi axtarırsınız?

1001 dad yemək saytı tapa biləcəyiniz ən ləzzətli tərifi sizlərə təqdim edir.

Trəliçəni böyük bir keyiflə hazırlamağınızı və sevdiklərinizlə birlikdə nuş etməyinizi arzulayıram.

Süfrələrin kraliçası trəliçə  üçün lazım olan ərzaqlar

  • 5 yemək qaşığı irmik,
  • 5 ədət yumurta,
  • 1 su stəkanı duru  yağ,
  • 10 yemək qaşığı un,
  • 10 yemək qaşığı şəkər,
  • 1 paket qabartma tozu,
  • 1 paket vanilin,

Şərbəti üçün:

  • 5 su stəkanı soyuq süd,
  • 400 milli litrə krema,
  • 2 yemək qaşığı süd tozu,
  • 5 yemək qaşığı toz şəkər,

Karameli üçün:

  • 1 yemək qaşığı marqarin,
  • 5 yemək qaşığı toz şəkər,
  • 1 paket krema,

Süfrələrin kraliçası trəliçənin hazırlanma qaydası

  • Yumurta və şəkəri qarışdırma qabına alaraq rəngi dəyişənə qədər çırpın.
  • Yağı yavaşca əlavə edərək yenidən çırpmaya davam edin.
  • Daha sonra un, irmik, qabartma tozu, vanilini də əlavə edib qarışdırın.
  • Qarışdırdığınız ərzaqlara digər  ərzaqları da əlavə edib qarışdırın.
  • Hazırladığınız xərci fırın sinisinə tökün.
  • Əvvəlcədən 170 dərəcə qızdırılmış fırında 40 45 dəqiqə bişirin.
  • Şərbət üçün olan bütün ərzaqları bir kasaya alın.
  • Süd köpüklənənə qədər çırpın və soyuducuya qoyun.
  • Karameli hazırlamaq üçün şəkəri teflon tavaya qoyub karamel halına gələnə qədər bişirin.
  • Marqarin və kremi də əlavə edib qarışdırın.
  • Keks ilıq halda olan zaman dilimləyərək kürdan yardımı ilə dəliklər açın.
  • Soyuq şərbəti keksin üzərinə tökün.
  • Keks şərbəti tamamən çəkdikdən sonra üzərinə karamel tökərək servis edin.

 

So, what do you think ?