sayfa içeriği

Min Bir Dad

Sulu küftə

Sulu küftə

Sulu küftə

Sulu küftə

Sulu küftə

  • 400 qr qiymə,
  • 2 dilim bayat çörək,
  • 1 orta boy soğan,
  • Nanə, 
  • istiot,
  • kəklikotu,
  • duz,
  • Arzuya görə  pul bibər,
  • 1 yemək qaşığı un,
  • 1 şirniyyat qaşığı tomat,
  • 2  stəkan  su,
  • maye yağ, 

Hazırlanma qaydası:

  • Qiyməni dərin bir qaba alın.
  • Soğanları soyub yuyun.
  • Sonra soğanları  rəndələyin.
  • Boyat çörəyi dilimləyib , suda  isladın.
  • Çörək isladandan sonra azca suyunu sıxın.
  • Suyunu çox sıxıb qurutmayın .
  • Suyu çox qurumuş olarsa küftələr bərk ola  bilər.
  • Ona görə də çörəkləri sulu edin ki, küftələr yumşaq olsun.
  • Çörəyi mümkün olduğu qədər rəndənin iri dişindən keçirdib qiyməyə qatın.
  • Ədviyyatlarını  da əlavə edib qarışdırın.
  • Yuvarlaq bir az qalın küftələr hazırlayın.
  • Bir tavaya duru yağ əlavə edin.
  • Tavanı elə seçin ki, həm qızardıb , həm də bişirə biləsiniz.
  • Küftələrin hər iki tərəfini xəfifcə qızardın.
  • Qızartdığınız yağ yanmayıb təmiz qalmışdırsa  2-3 qaşıq unu həmin yağda qovurun.
  • Qoxusu çıxan una tomatı əlavə edib  bir müddət daha  davam edin.
  • Suyu ( soyuq olamalıdır.
  • İsti olarsa un yapışıb topaclanar. ) yavaşça əlavə edib  unu gözəlcə açın . 
  • Pokurdama  başlayan sosa küftələri əlavə edib ,  bişənə qədər qaynadın.
  • Bu sürə 10-12 daəqiqəyə də   tamamlana  bilər.
  • Beləliklə, sürətli və pratik bir sulu küftə əldə etmiş olacaqsınız.
  • Üzərinə kəklikotu   gəzdirib  servis  edin.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *