Min Bir Dad

Sulu xingal

1001 dad

Sulu xingal

Lazım olanlar:

Sulu xingalın hər payına:

  • 108 q qoyun əti,
  • 40 q buğda unu,
  • 10 q yumurta,
  • 25 q noxud,
  • 25 q ərinmiş yağ,
  • 25 q baş soğan,
  • 10 q sirkə,
  • 20 q keşniş və şüyüd,
  • 10 q nanə qurusu, duz, istiot.

Lazım olan ərzaqlar

  • Hər paya qoyun ətinin kürək yaxud bel hissəsindən 2 tikə kəsib bişirin, sümüklərdən ayırın.
  • Bulyonu  metal ələkdən keçirin.
  • Soyuq suda noxud 3-4 saat ərzində isladın.
  • Ayrı bir qabda  yarımhazır hala gələnə qədər bişirin,  sonra bulyona qataraq hamısını  birlikdə bişirin.
  • Un, su, yumurta duzu qataraq bərk əriştə xəmiri yoğurun.
  • Hazır xəmiri 1 mm qalınlıqda yayın.
  • Yayma 2-3 sm ölçüdə  dördkünc formada doğranır.
  • Sonra qaynar bulyona  salınır.
  • Bişdikdən sonra  içinə doğranıb yağda qızardılmış soğan, çərtilmiş keşniş, şüyüd qatın və hamısını  birlikdə hazır vəziyyətə çatdırın.

Sulu xingalın süfrəyə verilmə qaydası:

  • Xörəyin üstünə nanə qurusu səpin  və ayrıca olaraq da yanına sirkə qoyun.

 

So, what do you think ?