Min Bir Dad

Şüyüd plov

0
şüyüd plov

şüyüd plov

Şüyüd plov üçün lazım olanlar:

  • 150 qram düyü,
  • 50 qram yağ (ərinmiş),
  • 30 qram süd,
  • 60 qram şüyüd,
  • yumurta,
  • süd,
  • qoyun əti (istəyə görə),
  • zəfəran,
  • duz,

Şüyüd plov hazırlanma qaydası:

  • Şüyüd plov hazırlamaq üçün əvvəlcə plov normal qaydada bişirilib süzülür.
  • Plov bişərkən şüyüdlə yuyulur, təmizlənib ayırtlanır və kiçik – kiçik doğranılır.
  • Bişib hazır olan plova doğradığımız şüyüdlər əlavə edilir və qarışdırılır.
  • Bundan sonra plov dəmə qoyulub dəmlənir.
  • Yumurtaya süd qarışdırılır, çalınır.
  • Bunlardan omlet hazırlanır.
  • Omlet hazır olduqdan sonra paxlava dilimləri kimi romb formasında doğranılır.
  • Qeyd: əgər plovun üzərində qoyun əti istifadə olunacaqsa, ət əvvəlcədən doğranılır və bişirilib hazırlanır.
  • Plov süfrəyə verilən zaman boşqabdakı plovun üzəri romb formalı omlet parçaları ilə bəzədilir.
  • Bunun üzərindən isə ərinmiş qaynar yağ əlavə edilir.
  • İstəyə görə onleti qoyun əti ilə də əvəz etmək mümkündür.

 

So, what do you think ?