Min Bir Dad

Süzmə plov

0

swzmə plov

Süzmə plov

Süzmə plov üçün lazım olan ərzaqlar:

  • 2 stəkan düyü,
  • 1 kasa xurma,
  • 1 kasa üzüm,
  • 3 ədəd kartof,
  • 2 yemək qaşığı kərə yağı,
  • Bir az duru yağ

Süzmə plovun hazırlanma qaydası:

  • Suyu doldurub qaynamağa qoyun.
  • Sonra düyünü ayırtlayın. Ayırtlamış olduğunuz düyünü bir neçə  yuyun.
  • Düyünün suyunu süzün və suyun qaynamasını gözləyin.
  • Su qaynadıqdan sonra içərisinə yetərincə duz əlavə edin.
  • Bundan sonra qaynayan suya yuduğunuz düyünü əlavə edin.
  • Düyü bişənə qədər qaynadın.
  • Düyü bişəndən sonra onu süzün.
  • Düyü bişənə qədər kartofları təmiz-təmiz yuyun və qabıqlarını soyun.
  • Halqa halqa doğrayın .
  • Dərin bir qazanda azacıq yağ qoyub qızdırın.
  • Dilimləmiş olduğunuz kartofları yağda tərs düz qızardın.
  • Sonra süzdüyünüz düyünü kartofun üzərinə əlavə edin.
  • Bütün bunlardan sonra düyünün bir tərəfinə xurma , digər tərəfinə isə yuyub süzdüyünüz üzümü tökün.
  • Ayrı bir tavada isə kərə yağını və duru yağı qatıb qızdırın.
  • Düyünün, xurmanın və üzümün üzərinə  gəzdirin.
  •  Vam odun üzərində qazanın ağzına dəsmal qoyaraq plovu dəmə qoyun.
  • Vam odda plov 45 dəqiqəyə yaxın dəm alsın.
  • Aradabir qapağı qaldıraraq yığılan suyu kənara atın.
  • İsti halda servis edin.

So, what do you think ?