Min Bir Dad

Təbriz küftəsi

Təbriz küftəsi

Təbriz küftəsi

Təbriz küftəsi

Lazım olanlar: 

  • 500 qram  qiymə  (qoyun ya mal əti),
  • 250 pram quru baş soğan,
  • 125 qram ləpə (qırıq noxud),
  • 125 qram düyü,
  • 2 ədəd kartof (orta ölçülü)
  • 5 ədəd yumurta,
  • 450 qram pomidor (soyulub  doğranmış),
  • Göyərti – cəfəri, keşniş, şüyüd,
  • Duz,
  • İstiot,
  • Sarıkök.

Təbriz küftəsi hazırlanma qaydası: 

  • Təbriz tüftəsi hazırlayarkən əvvəlcə ləpəni bol suda bişirib yumşaldın.
  • Sonra bişmiş ləpənin suyunu süzün.
  • Təbriz küftəsi hazırlamaq üçün əvvəlcə əti soğanın bir hissəsi ilə birlikdə ətçəkən maşından keçirdib qarışdırın.  Bundan sonra düyünü sarıköklə qarışdırın.
  • Tam bişmədən, biraz yumşaldıqdan sonra ocaqdan götürün.
  • Suyunu süzüb qiyməni əlavə edin.
  •  Bundan sonra kartofu da bişirin.
  • Bişmiş kartofu yaxşıca əzib qiyməyə qatın.
  • Bişmiş ləpəni də əzib onu da qiyməyə qatın.

Qeyd:

  • Ləpəni istəyə görə qiymə ilə birlikdə ətçəkən maşından da keçirtmək mümkündür.
  • Bu zaman ləpə qiyməyə daha yaxşı qarışır.
  • Üç ədəd yumurtanı  da qiyməyə əlavə edərək qarışdırın.
  • Yumurtalı qiyməyə duz, istiot əlavə edib qarışığı yaxşıca qarışdırın.
  • Sonra qiyməli qarışığa kiçik – kiçik doğranmış qöyərtini də əlavə edin.
  • Təbriz küftəsi hazırlanarkən əvvəlcədən qurudulmuş göyərti də istifadə etmək mümkündür.
  • Ancaq qurudulmuş göyərti istifadə edilirsə, onları yumşalması üçün əvvəlcədən suda isladın və bu suyu süzün.
  • İki ədəd yumurta suda bərk bişirilir.
  • Bu yumurtaların qabıqları soyulur və bunlar 4 hissəyə bölünür.
  • Qalan soğanı halqa şəklində doğrayın.
  •  Böyuk bir qazana bir az yağ əlavə edin və bu doğranmış soğanları bu yağda qızardın.
  • Soğan halqaları bişib qızılı rəng alana qədər bişirin.
  • Bu bişmiş soğanların 2/3 hissəsini ayırın.
  • Qalan soğanın içərisinə doğranıb qabığı təmizlənmiş 450 qram doğranmış pomidor töküb bişirməyə davam edin.
  • Pomidor bişərkən, qiyməni 4 – 5 hissəyə bölün.
  • Yumru hala gətirib küftə hazırlayın.
  •  Adətən Təbriz küftəsi  iri olmalıdır.
  • Əllırinizdə qiyməyi girdələyib içini açıb dərinləşdirin.
  • Küftələrin içərisində hazırladığınız oyuğa qızardılmış soğanı, bərk bişmiş yumurtanı, quru alçanı əlavə edin və qiyməni küftə halına gətirin.
  • Hazır küftələri qazana düzün.
  • Qalan qiyməni də eyni qaydada küftə hazırlayın. 
  •  Küftənin içərisinə yumurta yerinə quru meyvə və qoz da qoymaq mümkündür.
  • Bunun üçün adətən armud qurusu (armud qaxı), quru albalı qoymaq məqsədəuyğundur.
  • Soğana pomidor bişib qızarılan kimi, üzərinə qazana qaynar su əlavə edin.
  • İstəyə görə qazana bir az turş təzə alça, kiçik – kiçik doğranmış yaşıl bibər də əlavə etmək mümkündür.
  • Su qaynamağa başladıqdan sonra küftələri qaynayan su olan qazana əlavə edin.  
  • Qazanın qapağını örtün.
  • Biraz qaynadıqdan sonra suyun içərisindəki  küftə və bişmiş tərəvəzlər suyun  üzünə çıxacaq.
  • Bundan sonra da təbriz küftəsi  təqribən 45 dəqiqə vam odda bişməlidir. 

Süfrəyə veirilmə qaydası:

  • Küftə və bulyon süfrəyə ayrılıqda verilir.
  • Xörəyin bulyonu şorba kimi, küftələr isə ikinci xörək kimi yeyilir.

 

 

So, what do you think ?