Min Bir Dad

Tək başına qəhvəaltı: Tomatlı, zeytunlu çörək

Tək başına qəhvəaltı: Tomatlı, zeytunlu  çörək

Tək başına qəhvəaltı: Tomatlı zeytunlu çörək

Tək başına qəhvəaltı: Tomatlı, zeytunlu çörək

Fırından yeni çıxmış, isti bir dilim çörəyin  üzərinə ləzzətli iylənən  bir tomat  sürtsək, yanında da zeytunlar…

Udqunma səslerinizi duyar kimiyiz. 

Sizə ,özündən  tomatlı və zeytunlu bir çörək var  desək həmin andaca dilimləyib yeyərsiniz.

 Südlə yoğrulan, içində bolca tomat  və zeytun olan çörək bütünlüklə  bir qəhvəaltı  röyasıdır.

Təbii ki,siz istədiyiniz öyündə yeyə  bilərsiniz, çünki  qəhvəaltıda bir dilim yedikdən sonra bütün gün xəyalinizdan çıxmayacağına əminik.

Üstəlik də  fırında bişərkən qabarır və çox  gözel iylənir  ki, acıqmamaq mümkün deyil.

Çox tez  də bayatlaşmadığı üçün, axşamdan bişirib , sabahları evdən çıxarkən çantanıza ata bilərsiniz.

Bütün bunları nəzərə alan 1001 dad yemək saytı belə bir çörək tərifini sizlərə təqdim etməyi lazım bildi.

Hazırlanma sürəsi:

15 dəqiqə,

Bişirmə sürəsi:

20 dəqiqə

Lazım olan ərzaqlar:

  • 3 su stəkanı  ilıq  süd,
  • 1/2 su   stəkanı  əridilmiş   kərə yağı,
  • 1/2 su stəkanı duru yağ,
  • 11 su   stəkanı un,
  • 2 yumurta,
  • 1 paket  yaş maya,
  • 1 yemək k qaşığı toz şəkər,
  • 1 şirniyyat  qaşığı  duz,

İçi üçün:

  • 30 ədəd tumu  çıxarılmış zeytun
  • 3 yemək kaşığı   tomat

Açmaq üçün:

  • 1/2 su stəkanı   duru yağ

Üzəri   üçün:

  • 1 yumurta sarısı

Diqqət:

  • Xəmiri  yoğurduqdan sonra mayalanması üçün isti  bir yerdə saxlamağı  unutmayın.
  • Əldə ettiyiniz  çörək olduqca böyük bir çörək olacaqdır.
  • İstəsəniz ərzaqları   azaldaraq daha kiçik  boylarda çörək  əldə edə  bilərsiniz.

Hazırlanma qaydası:

  • Ilıq südü bir yoğurma qabına alın və yaş mayanı tamamən əriyənə qədər südün içində qarışdırın.
  • Ardından kərə yağını və duru yağı  və yumurtanı əlavə edin.
  • Duz və şəkəri də əlavə edib yaxşıca qarışdırın və sonra yavaş-yavaş unu əlavə edib yoğurun.
  • Qulaq məməsi b ərkliyində ələ yapışmayan bir xəmir əldə edin.
  • Hazırladığınız xəmiri ağzı qapalı qabda isti bir yerdə 30 dəqiqəyə yaxın mayalanmasını gözləyin.
  • Xəmir mayalandıqdan sonra duru yağı ovcunuza tökün  və əllərinizlə basdıraraq xəmiri  fırın kağızı  sərilmiş bir fırın sinisinə yayın.
  • Xəmiri bütün sini boyunda yayın.
  • Əllərinizlə yayaraq açdığınız xəmirin içərisinə tomatı sürün və üzərinə çəyirdəkləri çıxardılmış zeytunları yayın.
  • Xəmirin bir ucundan başlayaraq rulon halına ghətirin.
  • Bu şəkildə daha 15 dəqiqə saxlayın.
  • Bundan sonra üstünə yumurta sarısını yaxın   və əvvəlcədən   180 dərəcə qızdırılmış   fırında üstü qızarana qədər 20 dəqiqə bişirin.
  • İsti və ya soyuq halda servis edə bilərsiniz.

Nuş olsun!

So, what do you think ?