Min Bir Dad

Tərəvəz çığırtması

terevez çığırtması

LAZIM OLANLAR
Hər pay üçü

  • 200 q badımcan,
  • 350 q ispanaq,
  • 100 q pomidor,
  • 50 q göy soğan,
  • yumurta,
  • 30 q yağ,
  • 100 q qatıq,
  • 15 q cəfəri,
  • istiot,
  • duz.

Hazırlanma qaydası:

Tərəvəz çığırtması üçün badımcan soyulub kub şəklində doğranır, duzlanır və acı suyu sıxılıb çıxarıldıqdan sonra soğanla birlikdə qızardılır.

Çığırtma ispanaqdan hazırlanan hallarda ispanaq seçilib qaynar duzlu suda bişirilir və sıxılır. Ayrıca da soğan, doğranmış pomidor qızardılıb badımcana yaxud ispanağa qatılaraq içinə ədviyyat vurulur, tavanın içinə qoyulub üstünə salınmış yumurta vurulur vəqızdırıcı şkafda bişirilir. süfrəyə verilən zaman üstünə göyərti səpilir və ayrıca olaraq yanına qatıq qoyulur.

 

So, what do you think ?