Min Bir Dad

Tərəvəz salatı

Tərəvəz salatı

Tərəvəz salatı

Tərəvəz salatı

Lazım olan ərzaqlar:

  • 5-6 bdımcan,
  • 4 orta boy pomidor,
  • 4-5 ətli qırmızı  bibər,
  • 3-4 yaşıl   uzunsov bibər,
  • 1 dəstə cəfəri,
  • 1 kasa qatıq, 
  • 3-4 diş sarımsaq,
  • 1 yemək qaşığı  kərə yağı ( zeytunyağı ),
  • Qırmızı toz bibər,
  • duz

Hazırlanma qaydası :

  • Badımcan və bibərləri közləyin.
  • Közlənən badımcan və bibərlərin qabıqlarını soyun və kiçik olmadan doğrayıb salat qabına yığın.
  • Uzunsov bibərlərin toxumunu çıxardıb incə parçalar halında doğrayın.
  • Qabıqları soyulan pomidorları da küp-küp doğrayın.
  • Onları da salat qabına əlavə edin.
  • Doğradığınız cəfərini də əlavə edib ərzaqları əzmədən yüngülcə qarışdırın.
  • Duzunu ayarladığınız salatın üzərinə sarımsaqlı qatıq əlavə edin.
  • Kərə yağı və ya zeytun yağı ilə qovrulmuş qırmızı toz bibəri qatığın üzərinə gəzdirib servis edin.

Nuş olsun!

So, what do you think ?