Min Bir Dad

Tərəvəzli , kərə yağlı hindi

Tərəvəzli , kərə yağlı hindi 

 

 

 

 

Lazım olan ərzaqlar:

  • 2 ədəd kök,
  • 4-6 ədəd pomidor,
  • 2 ədəd bibər,
  • 1 baş quru soğan,
  • 4 ədəd kartof,
  • 1 bütün hindi döşü,
  • 1 baş sarımsaq,
  • 1 kibrit qutusu qədər kərə yağı,
  • 2 dəstə təzə kəklikotu,
  • Qırmızı toz bibər,
  • İstiot.
  • Duz,
  • Zeytun yağı

Hazırlanma qaydası:

  • Hindi ətini və tərəvəzləri bərabər nisbətdə bişirmək lazımdır. Bunun üçün də hindi ətini buxar qazanında yarım saat bişirmək lazımdır.
  • Bu suya 1 şirniyyat qaşığı duz əlavə etməyi də unutmayın.
  • Hindi bu qazanda bişərkən bütün ərzaqları yuyub halqa-halqa doğrayın.
  • Çox az zeytun yağı gəzdirib duz və istiot səpin.
  • Əlinizlə duz və istiotu tərəvəzlərə yedirdin.
  • Hazırlamış olduğunuz tərəvəzləri fırın sinisinin altını qapadacaq şəkildə düzün.
  • Hindini qazandan çıxardın.
  • Bir az soyumasını gözləyin.
  • Kiçik bir kasaya kərə yağı, 1 şirniyyat qaşığı qədər istiot, qırmızı bibər,  1 qaşıq təzə kəklikotu yarpağı əlavə edib kərəyağını yaxşıca qarışdırın.
  •  Bu hazır qarışığı hindinin hər tərəfinə , hətda dərisinin altına da sürün.
  • Hindini tərəvəzlərin üzərinə qoyaraq 200 dərəcə qızdırılmış fırında 40-45 dəqiqə bişirin ki, hindi yaxşıca qızarsın.
  • Həm  sağlıqlı həm də pratik bir yeməkdir.
  • Əminəm ki, çox sevəcəksiniz.

Nuş olsun!

So, what do you think ?