Min Bir Dad

Tərəvəzli keks

Tərəvəzli keks

tərəvəzli keks

tərəvəzli keks

 

 Tərəvəzli keks  tərəvəz sevərlər üçün, vegeteryan qidalananlar  üçün, pəhriz saxlayanlar üçün olduqca ideal bir tərifdir.

Çox bəyənilən  bu keksin hazırlanması çox sadə   və zəhmətsizdir.

Bu yeməyi   çuğundur, kabak , kartof və digər tərəvəzlərlə də hazırlamaq olar. 

 Həm sağlıqlı ,həm xəfif ,həm də ləzzətli  olan bu yeməyi qonaqlara da rahatlıqla ikram etmək olar. 

Bu yeməyi  hazırlayarkən  diqqət etməniz gərəkən bir  neçə nöqtə var.

Kartofları  bişirmədən istifadə edərsinizsə   çox çiy bir  dad  alarsınız.

Buna görə də  kartofları  bişirib istifadə etmək lazımdır .

Ayrıca pəhriz bir yemək olması üçün   kəpəkli undan istifadə etmək daha düzgün olar.

Tərəvəzli keks  üçün lazım olan ərzaqlar:

  • 3 ədəd  çuğundur yarpağı (doğranmış),
  • 3 böyük   kartof (bişmiş və   doğranmış),
  • 2 böyük  kabak (rəndələnmiş),
  • 3 yemək qaşığı tam kəpəkli  un,
  • 1 yumurta,
  • 3 yemək qaşığı zeytun yağı,
  • 250 q  holland pendiri (rəndələnmiş),
  • Duz ,
  • İstiot,
  • 1 şirniyyat  qaşığı qırmızı bibər,
  • 1 şirniyyat  qaşığı kəklikotu,
  • 1 şirniyyat  qaşığı cirə

 

Tərəvəzli keksin hazırlanma qaydası:

  • Robotta doğranmış çuğunduru, kartofu və rəndələnmiş kabağı yaxşıca  çəkin.
  • Üstünə yumurtanı, zeytun yağını və unu əlavə  edib yenidən  çəkin.
  • Ən son ədviyyatları əlavə edib yenidən çəkin.
  • Fırın sinisini  yağlayın.
  • Qarışımı siniyə  tökün və üzərinə  rəndələnmiş holland  pendirini səpin.
  • 20 – 25 dəqiqə qədər 180 dərəcə qızdırılmış  fırında bişirin.
  • Kvadrat şəklində doğrayıb   servis tabağına alın.

 

Nuş olsun!

So, what do you think ?