fbpx

Min Bir Dad

Tərəvəzli noxud küftəsi

0

Tərəvəzli noxud küftəsi

tərəvəzli noxud küftəsi

3 nəfərlik,

20 dəqiqədə hazırlanır,

5 dəqiqəyə bişir.

Tərəvəzli noxud küftəsi  üçün lazım olan ərzaqlar:

  • 1 kasa  bişmiş noxud,
  • 1 ədəd kök. 
  • 1/2 ədəd kabak, 
  • 1/2 ədəd quru soğan,
  • 3 diş sarımsaq,
  • 5 yarpaq  cəfəri,
  • 2 yemək qaşığı tahin,
  • 1/2 ədəd təzə  sıxılmış limon suyu,
  • 2 yemək qaşığı çörək qırıntıları (ya da kəpəkli un),
  • 1/4 çay qaşığı duz,
  • 1/4 çay qaşığı istiot,
  • 1/2 şirniyyat  qaşığı  acı qırmızı pul bibər,
  • 1/4 çay qaşığı cirə,
  • 2 yemək qaşığı duru yağ

Tərəvəzli noxud küftəsinin hazırlanma qaydası:

  • Noxudları  bir gecə əvvəlcədən  ısladın və sonra suyunu süzərək qaynar su əlavə edib  bişirin.
  • Kabağı rəndələyib  suyunu süzün.
  • Kökü  və quru soğanı rəndələyin.
  • Noxudu, kökü, kabağı, quru soğanı, sarımsaqları   qarışdırın .
  • Ardından tahini, təzə  sıxılmış limon suyunu və ədviyyatları, incə -incə doğranmış cəfərini  də əlavə edib yenidən qarışdırın.
  • Bütün ərzaqları bir qaba alın və çörək qırıntılarını da əlavə edin.
  • Hazır olduqdan sonra əlinizlə şəkil verərək duru yağda qızardın.
  • Küftələrinizin qızgın yağda dağılmasını istəmirsinizsə  bütün tərəvəzlərin  suyunu tamamən çıxartmağa çalışın.
  • Küftələri  qızartmaq  yerinə yağlı kağız üzərinə  qoyub əvvəlcədən  180 dərəcə qızdırılmış  sobada  da bişirə bilərsiniz.
  • Yanında süzmə qatıq  və kahı qoyaraq isti halda   servis edin.
  • Bəzi soslarla da servis edə bilərsiniz.

Nuş olsun!

 

So, what do you think ?