sayfa içeriği

Min Bir Dad

Tərəvəzli qırmızı bibər dolması

0

Tərəvəzli qırmızı bibər dolması

tərəvəzli qırmızı bibər dolması

tərəvəzli qırmızı bibər dolması

Tərəvəzli qırmızı bibər dolması

30 dəqiqəyə hazırlana bilir. 

4-6 nəfərlik.

Həm görüntüsü və həm də dadı ilə süfrələrinizi şənləndirə biləcək bir yemək tərifi.

 ” Tətəvəzli qırmızı bibər dolması” hazırlamaq istəyirsiniz?  Ona görə də bu yemək saytımızda çox ləzzətli bir dolma olan “Tərəvəzli qırmızı bibər dolması”nı sizlərin diqqətinə çatdırmağı lazım bildim!

Dolma tərifləri arasında ən çox sevilən yemək təriflərindən biri olan “Tərəvəzli qırmızı bibər dolması”nı incə bir zövqlə hazırlamağınızı və sevdiklərinizlə birlikdə gözəl bir ziyafət süfrəsi qurmağınızı arzulayıram!

Tərəvəzli qırmızı bibər dolması üçün lazım olan ərzaqlar:

  1. 6 ədəd orta ölçüdə qırmızı bibər,
  2. 1 ədəd kabak,
  3. 1 ədəd badımcan,
  4. 1 ədəd kartof,
  5.  1 ədəd kök,
  6. 1 ədəd kiçik soğan,
  7.  6 ədəd göbələk,
  8. 3 şorba qaşığı qovrulmuş fıstıq,
  9.  3 ədəd pomidor,
  10.  2 şorba qaşığı zeytun yağı,
  11. 1 çay qaşığı bibər tomatı,

Sosu üçün:

  1. 2  stəkan süzmə qatıq,
  2. 2 diş sarımsaq,
  3. Duz,

 Qızartmaq üçün:

  1. Maye yağ.

Tərəvəzli qırmızı bibər dolmasının hazırlanma qaydası:

  1. Əvvəlcə dolma bişirmək üçün lazım olan qırmızı bibərləri yuyub qurudun.
  2. Tavada maye yağı qızdırın.
  3. Qızdırmış olduğunuz yağda qurutduğunuz bibərləri qızardın.
  4. Pomidorları yuyun.
  5. Sonra pomidorların qabıqlarını soyun və küp-küp doğrayın.
  6. Soğanları soyub yeməklik doğrayın.
  7. Doğradığınız soğanları süzmə zeytun yağında bir az qovurun və üzərinə tomatı əlavə edib bir azca qovurun.
  8. Göbələkləri də təmiz-təmiz yuyun və suyunu süzün.
  9. Yumuş olduğunuz göbələkləri də doğrayıb yağda  bir az qovurun.
  10. Ocağın atəşini zəiflətmədən göbələklər qovrulduqdan sonra pomidoru əlavə edin və bişənə yaxın duz və istiotunu da  əlavə edib qarışdırın.
  11. Biişincə ocaqdan alın.
  12. Qalan tərəvəzləri də yuyun və küp-küp doğrayın.
  13. Kartofların qabıqlarını soyun, badımcanı isə alacalı soyun.
  14. Tərəvəzlərin hamısını bibərləri qızartdığınız yağda qızardın.
  15. Qızartdıqdan sonra onları bir dəsmal üzərinə yığın ki, yağlarını çəksin.
  16. Daha sonra pomidor sosunu hazırladığınız qazana qızartdığınız tərəvəzləri və fıstıqları əlavə edib qarışdırın.
  17. Duzunu və istiotunu da nəzərdən  qaçırtmayın.
  18. Qızartdığınız dolmalıq qırmızı bibərləri ortadan uzununa kəsin.
  19. Bu kəsik hissəni çox açmadan içindəki çəkirdəkləri çıxardın və tərəvəzli qarışığı bibərin içinə doldurun.
  20. Üzərinə incə-incə doğradığınız cəfərini səpin.
  21. Yanında isə sarımsaqlı qatıq qoyaraq hazır  tərəvəzli qırmızı bibər dolmasını  servis edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *