Min Bir Dad

Tərəvəzli rulon küftə

0

sebzeli rulo k]fte

Lazım olanlar:

  • 750 q qiymə,
  • 3 dilim köhnə çörək.
  • 3 yemək qaşığı incə doğranmış cəfəri,
  • 3 yumurta( birinin ağını üstə sürün),
  • 3 şirniyyat qaşığı kərəyağı,
  • 1 stəkan bişmiş noxud,
  • 1 stəkan rəndələnmiş kök,
  • 1 şirniyyat qaşığı istiot,
  • 1 şirniyyat qaşığı qırmızı bibər,
  • 1 şirniyyat qaşığı kəklik otu,
  • 1 şirnuiyyat qaşığı duz,

Hazırlanması:

  • Köhnə çörəkləri ilıq suda5 dəqiqə saxlayıb süzün.
  • Dərin bir qaba qiyməni qoyun.
  • Içinə islanmış çörəyi, cəfərini, yumurta, istiot, pul bibər, kəklik otu və duzu əlavə edin.
  • Bir-birinə qarışması üçün möhkəm yoğurun.
  • Kök və yaşıl noxudu da əlavə edib yoğurun.
  • Fırın sinisini yağlayın.
  • Köftələrin hər tərəfinə yumurta ağı sürtün.
  • Kərə yağını kiçik hissələrə bölüb köftələrin üzərinə sürtün.
  • Əvvəlcədən 2oo dərəcə qızdırılmış fırında 40 dəqiqəyə yaxın bişirin.
  • Bişən köftəni fırından çıxardıb dilimləyin.
  • Isti halda servis edin.

 

So, what do you think ?