fbpx

Min Bir Dad

Təzə lobya konservi

0

Təzə lobya konservi

lobya konservası

Təzə lobya konservi

Qış  hazırlıqları içərisində təzə lobya konservi hazırlamaq çox asandır.

 Araşdırıakən fərq etdim ki, ev xanımları təzə  lobya konservini  bir neçə fərqli  şəkildə   hazırlayır. Bunlardan  birininin də tərifini   sizlərə təqdim edəcəyəm.

Diqqətimi çəkən diğər metodda isə  pomidor və lobya  birlikdə qısa bir sürə qovrulduqdan sonra üzərinə su əlavə edərək  5-10 dəqiqə  qədər bişirib  isti-isti bankalara doldurub  su dolu bir qazan  içində qaynadıb tərs çevrilərək saxlanır.

Bu metod üzün müddət saxlamaq üçün çox güvənlidir.

Təzə lobya konservi  üçün lazım olan ərzaqlar:

  • 1 kq  təzə lobya,
  • 1 ədəd  iri pomidor,
  • Su
  • 1 tutam duz,
  • 1 ədəd  1 kq-lıq , ya da 2 ədəd  500 q -lıq   banka,

Təzə lobya konservinin hazırlanma qaydası:

  • Lobyaları yuyub arıtlayın.
  • Uzun lobyaları ikiyə bölün.
  • Lobyaları duz əlavə etdiyinuz   qaynar suda 5 dəqiqə qədər bişirin.
  • İsti su ilə yuduğunuz, yaxud da qaynatdığınız bankaların dibinə bir dilim pomidor yerləşdirin.
  • Bişirdiyiniz lobyaları kəfkir yardımı ilə sudan alıb bankalara yerləşdirin.
  • Çalışın bankaların ağzında 2-3 sm yer qalsın.
  • Lobyaların üzərinə bir dilim daha pomidor qoyun və bişirmə suyunu da bankalara paylaşdırın.
  • Bir bıçaq yardımı ilə xəfifcə qarışdırın ki , lobyaların arasındakı hava çıxsın.
  • Bankaların ağzını qurudub möhkəm bağlayın.
  • Bankaların üzərini 4-5 sm  qədər örtəcək su doldurun  və qazanda 40 dəqiqəyə yaxın qaynadın.
  • Bankaları qaynama suyunda soyumağa buraxın.
  •  Otaq temperaturuna gələn bankaları tərs   çevirib 1-2 saat gözləyin.
  • Sonra sərin bir yerdə saxlayın.

So, what do you think ?