fbpx

Min Bir Dad

Təzə lobya konservi

0

Təzə lobya konservi

 

Təzə lobya konservası

Təzə lobya konservi

Təzə lobya konservi üçün lazım olan ərzaqlar:

  • 6 dənə orta böyüklükdə  soğan,
  • 5 kq təzə lobya,
  • 5 kq pomidor,
  • 1 baş sarımsaq,
  • 1 su stəkanı  zeytun yağı,
  • 2 şorba qaşığı qaya duzu

Təzə lobya konservinin hazırlanma qaydası:

  • Əvvəlcə lobyaları arıtlayıb yuyun.
  • Suyunu çəkdikdən sonra lobyaları eninə doğrayın.
  • Banka və qapaqları da strelizə edin.
  • 2-3 litr su qaynadın.
  • Pomidorları yuyub  alt hisəsindən nazikcə cızıq atın.
  • Hazırladığınız pomidorları qaynar suya atıb 2-3 dəqiqə saxlayın.
  • Sonra qaynar sudan çıxardıb  başqa bir qabda hazırladığınız buzlu suya atın.
  • Bu şəkildə qabıqlar çox rahat soyulacaq.
  • Qabıqlarını soyduğunuz pomidorları kub şəkliində doğrayın.
  • Soğanları da kub şəklində doğrayın.
  • Bütün bu hazırlıqları etdikdən  sonra qazana yağı   tökün və soğanları qovurun.
  • Bir az qovurduqdan sonra lobya, sarımsaq və pomidorları əlavə edin.
  • Pomidor suyunu verincəyə qədər qovurun.
  • Duzu əlavə edib qarışması üçün yaxşıca qarışdırın.
  • Yemək yaxşıca  qaynamağa başlayınca qazanın altını qapatmadan  bankaları  boğazlarına qədər  doldurun.
  • Bankaların ağzını təmiz-təmiz silib qapaqlarını  bağlayın.
  • Sonra bankaları tərs çevirərək qaldırın.

So, what do you think ?