fbpx

Min Bir Dad

Təzə lobya konservi

0

fasulyekonservesiƏrzaqlar:

  • 2 kq təzə lobya.
  • 2 litrə isti su,
  • 4 şirniyyat qaşığı  duz,

Hazırlanma qayudası:

  • Təzə, körpə, qılçıqsız lobyalar  seçin.
  • Lobyaları bir  neçə  dəfə axar suda yuyn.
  • Uçlarını,  varsa qılçıqlarını  təmizləyin  və  istənilən uzunluqda doğrayın.
  • Qaynar  suda və  ya buxarda beş dəqiqə bişirin.
  • Lobyaları  bir süzgəcə   alın və  lobya qaynayan suyu süzərək  atın.
  • Əvvəlcədən   təmizlənmiş, yuyulmuş   və qaynar suda saxlanılan   bankalara lobyaları  isti –isti doldurun.
  • Bankaları doldurarkən soyuq  mərmər üzərinə qoysanız , çatlaya bilər. Bu səbəblə bir taxta və ya bez üzərində doldurmaq  ya da doldurmadan əvvəl  bankaları isti buxara tutmak yararlı olacaqdır.
  • Bankaların dibinə və  lobyaların üstünə bir  dilim pomidor  qoyun.
  • Bir kiloluq bankalara bir şirniyyat qaşığı, yarım kiloluq bankalara yarım şirniyyat qaşığı duz qoyun.
  • Lobyalrı tamamen örtəcək və  üstündə 1,5 sm boşluq qalacaq şəkildə üzərinə qaynar suyu tökün.
  •  Ucu sivri olmayan təmiz bir bıçaq və ya qaşıq sapını  bankaların dibinə qədər batıraraq bir neçə dəfə sağa-sola hərəkət  etdirin.
  •  Bu şəkildə lobyaların arasında qala biləcək hava çıxarılmış olur.
  • Sonra isə əvvəlcədən yuyulmuş , qaynar suya salınmış qapağı banklaların ağzına qoyun
  • və bərk bağlayın.
  • Düdüklü qazanın dibindən   3-4 barmaq su koun.
  • Su səviyyəsi bankaların 1/3 boyunu keçməməlidir.
  • Qazanın qapağını bağlayaraq  ocağı yandırın.
  • Yarım kiloluk  bankalar üçün 25 dəqiqə, bir kiloluk bankalar üçün 30 dəqiqə  sürəylə buxar çıxan hissəsi açıq  vəziyyətdə  orta hərarətli atəşdə qaynadın.
  • Bankaları  aralı-aralı olaraq  bir bez və ya taxta üzərində qapaqları yerdə olmaqla bir gecə saxlayın.
  • Sızıntı olup –olmadığını  kontrol edərək , sərin, və  rütubətsiz bir yerdə  istifadə olunana qədər  saxlayın.

So, what do you think ?