sayfa içeriği

Min Bir Dad

Tikə kabab

0

tike kababi

Tikə kabab

Kabab bişirmək üçün lazım olan ərzaqlar:

  • 350 q qoyun əti,
  • 60 q baş soğan,
  • 40 q göy soğan,
  • 10 q cəfəri və reynan,
  • 3 q sumaq yaxud 5 qram  narşərab
  • istiot,
  • duz.

Manqal üçün kömür

Tikə kabab hazırlanma qaydası:

  • Tikə kabab hazırlamaq üçün qoyun cəmdəyinin bud hissəsindən 30-35 tikələr kəsilib şişə taxılır.
  • Üstünə duz səpilir, hamarlanıb manqalda közərmiş kümür üzərində qızardılır.
  • Qoyun əti şişə taxılan zaman həm yağlı, həm yağsız tikələr götürülməlidir.
  • Tikə kabab bişirmək üçün manqaldan istifadə olunur.
  • Manqalda tikə kababyanmaması üçün odun sönüb köz düşməsini gözləmək lazımdır.
  • Bu zaman tikə kabab yanmaz və ləzzətli olur.
  • Kömürün alovsuz olmasına və ətin bir qaydada bişməsinə diqqət edilməlidir.
  • Şişlər arabir çevrilməlidir.
  • Tikə kababı hazır olandan dərhal sonra (ortalama 5 dəq) süfrəyə verilməlidir.
  • Tikə kababın yanında halqavari doğranmış baş soğan, habelə çöp şəklində doğranmış göy soğan süfrəyə verilir.
  • Bundan başqa tikə kababın yanında 1/6 ədəd limon, yaxud 5 q narşərab, sumaq, döyülmüş istiot, duz qoyulur.
  • Yay zamanı tikə kababın hər payına 100 q şişdə qızardılmış pomidor əlavə edilir.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *