Min Bir Dad

Tiramisu

Tiramisu

Lazım olan ərzaqlar

  • Cremette pendir:  50 qram
  • Mascarpone pendir: 70 qram
  • Qaymaq: 100 ml
  • Şəkər kirşanı: 30 qram
  • Xanımbarmağı peçenye: 3 dilim
  • Bişmiş qəhvə
  • Kakao

Hazırlanma qaydası: 

Mətbəx robotuna Cremette pendiri əlavə edilir. Biraz çırpıldıqdan sonra Mascarpone pendiri, daha sonra qaymaq əlavə edilir və yaxşıca çırpılır. Bunlaryaxşıca qarışdıqdan sonra üzərinə yavaş – yavaş şəkər kirşanı əlavə edilir. Mascarpone kremi hazırdır.

Bir stəkana biraz krem qoyulur.

Xanımbarmağı  peçenye qəhvədə isladılır və kremin üzərinə düzülür.

İkinci sıra olaraq xanımbarmağı (ladyfinger, kedidili) peçenyenin üzərinə krem qoyulur.

Qəhvədə isladılan xanımbarmağı peçenye yenidən kremin üzərinə düzülür. Bunların da üzəri Tiramisu üçün hazırladığımız kremlə örtülür.

Kremin üzəri səliqə ilə düzəldilir.

Bundan sonra Tiramisu üzərinə kakao tozu səpilir.

Tam özünü tutması üçün soyuducuda gözlədilir.

Nuş olsun.

Özün Bişir Daha Ucuz Olsun!

Özün Bişir Daha Ləzzətli Olsun!

So, what do you think ?