Min Bir Dad

Tost çörəyi

Tost çörəyi

Tost çörəyi

Tost çörəyi

Tost çörəyi

Tost çörəyi  üçün lazım olan ərzaqlar:

  • 1 yarım qəhvə fincanı ilıq su,
  • 1 yarım  fincan ilıq  süd,
  • 1 fincan duru  yağ,
  • 1 yemək qaşığı şəkər   tozu ,
  • 1 şirniyyat qaşığı duz,
  • 10 qram  maya (mayanı aktivləşdirmək üçün   1 fincan ılıq su),
  • 10-11 fincan un ( 10  fincan  yarım da ola bilər ).

Tost çörəyinin hazırlanma qaydası:

  • Tost çörəyinin xəmirini hazırlamaq üçün əvvəlcə 1 qəhvə fincanı ilıq su, 1 qaşıq yarım şəkər tozu və 1 paket maya  yoğurma qabı içərisində qatılır.
  • Mayanın aktiv olması üçün 3-4 dəqiqə gözləmək lazımdır.
    Ardından ilıq su, ilıq süd, duru yağ, duz əlavə edilib qarışdırılır.
  • Əldə olunan qarışığa ölçülü olaraq az-az un əlavə edərək yaxşıca yoğurun.
  • Xəmir ələ yapışar qatılıqda olan zaman un əlavə etməyin və 10 dəqiqə qədər yoğurun (xəmir yoğrulduqca özünü tütub toparlanır).
    Ələ yapışan bir xəmir olur.
    Yoğrulan xəmirin  üzərini  örtüb  və mayalanması üçün  1 saat gözləyin.
  • Mayalanan xəmir yenidən yoğrulur və strec film sərilən dəzgahın üzərinə qoyun.
  • Vərdənə yardımı ilə çox incəltmədən bir az açılır və qarşılıqlı iki tərəfini ortadan birləşdirəcək şəkildə qatlayın.
    Ardından da digər kənardan başlayaraq rulon halında qatlayın  və yağlanmış dörtkünc qəlibə yerləşdirin.
    Qəlibin üzəri azca  yağlanmış strec film ilə qapadılır və qəlibi doldurana qədər(1 saata yaxın) gözləyin.
    Xəmir qabararkən ara-ara üzərinə barmaq ucları ilə yüngülcə basaraq qəlib içərisinə normal şəkildə yayın.
    Mayalanan xəmirin üzərindən strec filmi qaldırın və əvvəlcədən 175 dərəcə qızdırılmış fırında  üzəri qızarana qədər bişirin.
  • Daha sonra temperaturu 150 dərəcəyə endirin və 5 dəqiqə qədər içini çəkməsini gözləyin.
  • Hazır tost çörəyi fırından alaraq təmiz bir bezin üzərinə yerləşdirin
    Soyuduqdan sonra çörəyi dilimləyə bilərsiniz.

So, what do you think ?