Min Bir Dad

Toyuq bozartması

toyuq bozartma

 

LAZIM OLANLAR:

Hər payına:

  • 330 q toyuq,
  • 30 q yağ,
  • 50 q baş soğan,
  • 15 q limon,
  • 5 q nanə yaxud şüyüd,
  • 0,1 q zəfəran,
  • istiot
  • duz.

Hazırlanma qaydası

İlk emaldan keçirilmiş toyuq 30 qramlıq tikələrə doğranır və yağda azacıq qızardılır. Sonra dayaz qazana qoyularaq buna duz və istiot səpilir, yağda qızardılmış soğan və azacıq bulyon qatılıb zəif od üzərində öz buğunda bişirilir. Süfrəyə verilən zaman toyuq bozartmasına zəfəran şirəsi vurulur, üstünə isə göyərti səpilir, bir dilim limon qoyulur.

 

So, what do you think ?