Min Bir Dad

Toyuq dolması

toyuq dolması

Toyuq dolması

Toyuq dolması  üçün lazım olan ərzaqlar:

  • 1 bütöv  toyuq,
  • 1 su stəkanı düyü,
  • 2 quru soğan,
  • Yarım stəkan quş üzümü,
  • Duz,
  • Istiot,
  • Duru yağ,
  • 1 ədəd fırın torbası,

Toyuq dolmasının hazırlanma qaydası:

  • Toyuğu təmizləyib içini təmiz yuyun.
  • Bir tavada doğradığınız  soğanı qovurun.
  • Bişirəcəyiniz düyünü arıtlayıb yuyun.
  • Suyunu süzdükdən sonra düyünü qovurun.
  • Duzunu da əlavə etdikdən sonra yarım stəkan su qoyun.
  • Quş üzümünü də yuyub isladın.
  • Tamamən suyunu çəkmədən islatdığınız quş üzümünü əlavə edin.
  • Suyunu çəkənə qədər gözləyin.
  • Bişdikdən sonra üzərinə istiot əlavə edin.
  • Toyuğun içinə duz səpin.
  • Plovu toyuğun içinə  doldurun və altdakı dərilərindən deşik açın və budlarını ora çarpaz keçirdin.
  • Fırın torbasının içinə soğanı kəsib qoyun.
  • Toyuğun üzərinə azca duz səpin torbaya yerləşdirin.
  • Torbanın ağzını bağlayın.
  • Bir neçə yerindən deşik açın.
  • 200 dərəcə qızdırılmış sobada  qızarana qədər bişirin.
  • 1,5-2 saata yaxın bişir.
  • Fırından çıxardıb isti-isti  servis edə bilərsiniz.

Nuş olsun!

So, what do you think ?