Min Bir Dad

Toyuq küküsü

toyuq küküsü

toyuq küküsü

Toyük küküsü üçün lazım olanlar:

  • 400 q doğranmış toyuq döşü ,
  • 200 q doğranmış göbələk ,
  • 3 dənə doğranmış kartof,
  • 3-4 yemək qaşığı dəmlənmiş zəfəran,
  • 2-3 çay qaşığı sarıkök (zərdəçal),
  • Lazım olan qədər yumurta,
  • Zövqə bağlı ədviyyat ,
  • Lazım olan qədər duru yağ ,
  • 1  baş soğan,

 Bəzək üçün:

  • Qızarmış soğan, zirinc, püstə(antep fıstığı) və badam

Toyuq küküsünün  hazırlanması :

  • Bir baş soğanı soyun və incə doğrayın.
  • Tavada  yağı qızdırıb soğanı bir az saralanadək qızardın.
  • Toyuq döşünü doğrayıb soğana qatın  və bir az qızartdıqdan sonra kənara qoyun.
  • Əvvəlcədən hazırladığınız kartofu ,göbələyi bir tavada ayrı- ayrı az yağda qızardın.
  • Qızardandan sonra artıq yağını süzün.
  • Bir qabda yumurtaları yaxşıca çalın.
  • (nə qədər yumurta lazımsa artıra bilərsiniz).
  •  Qarışıma duz,ədviyyat  və dəmlənmiş zəfəranı atıb yaxşı qarışdırın.
  • Sonra fırın  qabına  qat -qat yani(əvvəl toyuq döşünü, sonra da yumurta qarışımını, göbələyi və yenə yumurta, kartof, toyuq döşünü düzün  və ən son yumurta qarışımı əlavə edin.
  • Fırını 160 °C 170 °C -dək qızdırın.
  • Qızdırılmış fırının  orta hissəsində 25-30 dəqiqə ərzində, və yaxud  da  üstləri yaxşı qızaranadək bişirin.
  • Kükü hazır olduqdan sonra üstünü öz  zövqümüzlə bəzəyin .

Qeyd:

  • Bu kükünü  tavada da hazırlaya bilərsiniz.
  • Yağı əritdikdən sonra  qarışımı tavaya töküb, üstünü düzləyin.
  • Ocağın normal odunda qızardın.
  • Kükü qızardıqdan sonra dördə bölüb çevirərək o biri üzünü də qızardın.
  •  Kükünü bütövdə çevirib qızarda  bilərsiniz.

So, what do you think ?