Min Bir Dad

Toyuq qutabı

Toyuq qutabı

Toyuq qutabı

Toyuq qutabı üçün lazım olanlar:

  • Toyuq əti: 400 qram,
  • Quru soğan: 2 baş,
  • Nar: 40 qram və ya lavaşana: 20 qram,
  • Buğda unu: təqribən 440 qram,
  • Yağ: 100 qram,
  • Duz,
  • Qara istiot,
  • Sumaq,
  • Darçın,

Toyuq qutabı hazırlanma qaydası:

Yuxanın hazırlanması:

  • Toyuq qutabı hazırlamaq üçün əvvəlcə un ələnir.
  • Unu ələməklə həm unun içərisindəki yad cisimləri təmizlənir, həm də un hava alaraq xəmirin və qutabın daha yaxşı olmasına şərait yaradılır.
  • Unu ələdikdən sonra su və duz qarışdırılır və xəmir yoğrulur.
  • Xəmir biraz bərk olmalıdır.
  • Yumşaq olmamalıdır.
  • Bərk xəmir yoğrulduqdan sonra kiçik kündələrə ayrılır.
  • Bu kiçik kündələrdən oxlov vasitəsi ilə yuxa yayılır.
  • Yayılan yuxanın qalınlığı təqribən 1 millimetr ölçüsündə olur.
  • Yuxa yayılıb hazır olduqdan sonra hazır yuxamız yumru formada kəsilir.
  • Səliqəli və asan kəsmək üçün yuxanın üzərinə bir boşqab qoyulur və bıçak vasitəsi ilə kəsilir.
  • Bu şəkildə səliqəli və tam yumru yuxa əldə edilir.

Toyuq qutabı içliyin hazırlanması:

  • Qutab bişirərkən əsasən toyuğun bud hissəsindən istifadə olunur.
  • Bunun səbəbi, bud ətinin daha yağlı olmasıdır.
  • Toyuq əti sümükdən təmizlənir.
  • Bundan sonra təmizlənən toyuq əti tikələri ət çəkən maşından keçirdilərək qiymə hazırlanır.
  •  Bundan sonra soğan da ət çəkən maşından keçirilir.
  • Çəkilmiş soğanla qiymə bir -birinə yaxşıca qarışdırılır.
  • Hazırlanan bu toyuq budu əti qiyməsinin içərisinə nar dənələri və ya lavaşana əlavə edilir və onlar da qarışdırılır.

Qutabın hazırlanması:

  • Toyuq qutabı hazırlanarkən əvvəlcə dairəvi formada kəsdiyimiz yuxa səliqə ilə masanın üzərinə sərilir.
  • Toyuq ətindən hazırladığımız içlik yuxanın bir kənarından yarısına qədər səliqə və bərabər şəkilli olacaq şəkildə yayılır.
  • Yuxanın boş hissəsi içlik olan hissənin üzərinə gələcək şəkildə qatlanır.
  • Kənarları bükülərək bir – birinə yapışdırılır. Aypara formasında qutab bişməyə hazırdır artıq.
  • İstəyə görə tavada qaynar isidilmiş yağda bişirilir və ya sacda yağsız olaraq bişirilir.
  • Qutab hazır olduqdan sonra süfrəyə isti – isti verilir. Bişən qutablar çox yüngül formada yağlanır və üzərinə sumaq səpilərək üst- üstə düzülür.

 

 

So, what do you think ?