sayfa içeriği

Min Bir Dad

Toyuq suyu şorbası

Toyuq suyu şorbası

Toyuq suyu şorbası

Toyuq suyu şorbası üçün lazım olan ərzaqlar:

  • 1ədəd toyuq döşü,
  • 1ədəd toyq budu,
  • 2 baş quru soğan,
  • 2 yemək qaşığı un,
  • 3 diş sarımsaq,
  • 2 yemək qaşığı kərə yağı,
  • duz,
  • İstiot,

Toyuq suyu şorbasının hazırlanma qaydası:

  • Toyuğun bütün dərisini çıxardın.
  • Ətləri təmiz yuyub suyunu süzün.
  • Soğanları soyub təmiz yuyun.
    Toyuq ətini bir az qaynadıb suyunun üzərinə yığılanı təmizləyin.
  • Ətə bir az duz atmaq lazımdır.
  • Sonra bişirmiş olduğunuz ətə 2 baş soğanı da əlavə edib bir az bişirin.
  • Bişirmiş ətləri qazandan çıxardıb kiçik-kiçik doğrayın.
  • Ətin suyunu tökməyin.
  • Onu hələlik bir kənara qoyun.
  • Kərə yağını bir az qızdırıb içərisinə un əlavə edib qovurun.
  • Unun iyi gəlməyənə qədər qovurmaq  (4-5 dəqiqəyə yaxın)  lazımdır.
  •  Ət suyuna 2 litrə yaxın isti su da əlavə edin.
  • Sonra suyu  qovurduğumuz unun üzərinə yavaş-yavaş  qarışdıraraq əlavə edin.
  •  Sarımsaqları soyun.
  • İncə-incə doğrayıb əzin.
  • Doğranmış toyuq ətləri ilə birgə suya əlavə edin.
  • Toyuq  suyu duzlu olduğu üçün  mütləq şorbanın duzuna diqqət edin ki, duzlu olmasın.
  • Toyuq suyu şorbasını 10 dəqiqə bişirin.
  • Şorba bişərkən qazanın ağzı açıq  qalsın.
  • Şorbanın daşmaması üçün.
  • Servis edərkən , arzu edərsiniz üzərinə çəkilmiş istiot səpə  bilərsiniz.
  • İsti-isti servis edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *