Min Bir Dad

Toyuqlu börək

Toyuqlu  börək

toyuqlu börək

toyuqlu börək

Toyuqlu  börək

Lazım olan ərzaqlar:

  • 6 ədəsd yuxa,
  • 4 ədəd  toyuq budu və 2 parça ttoyuq döşü,
  • 2 baş yeməklik soğan,
  • 2 yumurta,
  • Kiçik bir kasa qatıq,
  • 3-4 yemək qaşığı un,
  • 1 şorba qaşığı  kərə yağı,
  • 2-3 diş sarımsaq,
  • İstiot,
  • Duz,
  • Sirkə ( İstəyə  bağlı ),
  • 4-5 yemək qaşığı  duru  yağ ,
  • Qırmızı toz bibər,
  • Pul bibər,

Hazırlanma qaydası:

  • Toyuq parçalarını dərin bir qaba alıb üzərinə bir az duru yağ , iri bölünmüş yeməklik soğan və bir az istiot əlavə edərək qaynamağa qoyun.
  • Bişirdiyiniz toyuq ətlərini didin.
  • Əldə etdiyiniz toyuq suyunu da süzgəcdən süzüb başqa  bir qaba alın.
  • Bir siniyə yuxaların 3 dənəsini iri parçalar halında qıraraq üst-üstə düzün.
  • Yuxaları fırında yüksək atəşdə bişirin.
  • Yuxaların üzərinə bir -iki stəkan toyuq suyu əlavə edib yenidən fırına verib 5 dəqiqə daha bişirin.
  • Didiklədiyiniz toyuq ətini duz və istiotla birlikdə qarışdırın.
  • Diddiyiniz toyuq ətlərini fırınladığınız yuxaların üzərinə yayın.
  • Yerdə qalan 3 yuxanı da iri parçalar halında üst-üstə toyuq ətlərinin üzərinə örtün.
  • Börək  kimi  düzülmüş  ətli yuxaları servis edə biləcəyiniz böyüklükdə parçalar halında  iti  bir bıçaqla kəsin.
  • Yüksək temperaturda üzəri qızarana qədər bişirin.
  • Yaxşıca bişirilən yuxaların üzərinə 1-2 stəkan toyuq suyu gəzdirin və toyuq suyunu yuxalar çəkənə qədər fırında saxlayın.
  • Digər yanda isə bir qazanda 1 şorba qaşığı kərə yağı, 2 yumurta, 1 kasa qatıq, un, döyülmüş sarımsaq, duz,istiot, 2 stəkan toyuq suyu  ilə yaxşıca çırpıb ocağa qoyun.
  • Qatılaşmış bir sos əldə edənə qədər qarışdırıb  göz-göz olana qədər bişirin.
  • Sosun qatılığını  ayarlamaq  üçün un və ya ət suyundan hansı  gərəkirsə əlavə edib normallaşdıra bilərsiniz.  Ocaqdan aldıqdan sonra üzərinə sirkə əlavə edin.
  • Fırından aldığınız toyuqlu yuxaları  daha öncədən  kəsdiyiniz  dilimlər halında servis tabağına alın.
  • Üzərinə hazırladığınız sosu gəzdirin.
  • Bir tavada  duru  yağı qızdırıp kırmızı toz bibər və arzuya görə pul bibəri  qataraq qarışdırın.
  • Servis tabağınızdaki soslu, toyuqlu börəyin üzərinə  hazırladığınız yağı gəzdirin.
  • İsti halda servis edin.

Nuş olsun!

So, what do you think ?