Min Bir Dad

Toyuqlu plov

Toyuqlu plov

toyuqlu plov

toyuqlu plov

Lazım olan ərzaqlar:

Plov üçün:

  • 2 su stəkanı düyü,
  • 1 ədəd soğan,
  • 2 çay stəkanı duru  yağ,
  • 2  ədəd pomidor,
  • 1 ədəd kök,
  • 1 ədəd qırmızı şirin bibər,
  • 8 diş sarımsaq,
  • 1çimdik zəfəran,
  • 1 ədəd zəncəfil,
  • 3 ədəd  uzunsov  bibər,
  • 4,5 su stəkanı su,
  • 1 ədəd çubuq  darçın,
  • 1/2 çay qaşığı istiot,
  • 4 ədəd  mixək,
  • 1/2 çay q aşığı cirə,
  • 1 dadlı qaşığı  duz,

Toyuğu üçün:

  • 1 bütöv toyuq,
  • 2 yemək  qaşığı  pomidor tomatı,
  • 1/2 su stəkanı maye  yağ,
  • 1 limonun suyu
  • 2 çay qaşığı  duz,
  • 2 ədəd  mixək,
  • 8 diş sarımsaq,
  • 2 stəkan su,

Hazırlanma qaydası:

Toyuq üçün:

  • Əvvəlcə toyuğu bir fırın qabına alaraq  hər yerini duzla ovxalayın.
  • Yarım limonun suyunu da üstünə sıxıb  yenidən bir az daha ovxalayın  və bir kənarda dincəlməyə qoyun.
  • Dərin bir qabın içərisinə pomidor tomatını və 2 stəkan suyu qarışdırın.
  • Qalan yarım limonun suyunu da içərisinə sıxıb duru yağ  da əlavə edin.
  • 8 diş sarımsağı içinə rəndələyin.
  • Mixək dənələrini də əlavə edib  yaxşıca qarışdırın.
  • Hazırladığınız bu sosu da toyuğun üzərinə  əlavə edin.
  • Kənarda saxladığınız toyuğu alın və sosu üzərində gəzdirin.
  • Üzərini aliminium folqa ilə  qapadıb bir neçə yerdən hava yeri açaraq  əvvəlcədən 200 dərəcə qızdırdığınız fırına verin.
  • Üstü falqa ilə bağlı olaraq 1 saat bişirin lap sonda isə üzərini açın və toyuğu yenidən fırına verərək üzəri qızarana qədər 20 dəqiqəyə yaxın bişirin.
  • Toyuğun üzərinin yaxşı qızarması üçün fırın qabının içərisindəki sudan toyuğun üzərinə gəzdirin.

Plov üçün:

  • Zəfəranı bir kasanın içərisində bir az suda isladın.
  • Duru yağı bir plov qazanına alın və içərisinə incə-incə doğranmış soğanları əlavə edin.
  • Qızarana qədər qovurun.
  • Qırmızı bibər və  uzunsov bibərləri incə-incə doğrayın, kökü, sarımsaqları  rəndələyin, pomidorları küp-küp doğrayın  və bunlar qızarana qədər qovurun.
  • Bütün ədviyyatları və suda açdığınız zəfəranı da əlavə edin.
  • Bir az yenidən qovurun.
  • Yuduğunuz düyüləri və tomatı da əlavə edib yaxşıca qarışdırın. 4 stəkan yarım qaynar suyu da əlavə edin  və vam odda bişməyə qoyun.
  • 10 dəqiqəyə yaxın bişdikdən sonra bişməsini yoxlayın.
  • Bişən və dəmlənən plovunuzu geniş bir servis tabağına yığın və üzərinə toyuğu yerləşdirin .
  • İsti halda servis edin.

So, what do you think ?