Min Bir Dad

Toyuqlu yuxa mantısı

toyuqlu yuxa mantisi

toyuqlu yuxa mantisi

Ərzaqlar:

  • 2 ədət yuxa,
  • 1 ədət bütün toyuq döşü  (bişmiş),
  •  1dənə  soğan,
  • 4 yemək qaşığı duru yağ,
  • Duz,
  • İstiot,

Üzəri üçün:

  •  Sarımsaqlı  qatıq,
  • 1 su stəkanı ilıq toyuq suyu.

Sosu üçün:

  • 1/2 çay stəkanı duru yağ,
  • 1 yemək qaşığı tomat,
  • 1 şirniyyat qaşığı toz bibər,
  • 1/2 çay stəkanı su.

Hazırlanıma qaydası:

  • Soğanı kiçik-kiçik doğrayın.
  •  Duru yağda qovurun.
  • Didilmiş toyuq  köksünü, duzu və istiotu əlavə edib qarışdırın.
  • Yuxaların birini dəzgahın üzərinə açıb  toyuqlu qarışığın yarısını üzərinə gəzdirin.
  • Yuxanı rulon  şəklində bükün .
  • 2-3 barmaq boyunda parçalar kəsin.
  • Kiçik bir fırın sinisinin dibini yağlayıb  parçalarınızı dikinə içinə düzün.
  • Diğər yuxanı  da eynı şəkildə hazırlayıb  siniyə düzün.
  • Siniyi fırına verib  210 dərəcədə üzəri qızarana qədər bişirin.
  • Bu arada sosu  hazırlayın:
  • Əvvəlcə yağı qızdırın.
  •  Tomatı əlavə edib iyi çıxana qədər qarışdırın.
  • Toz bibərini də əlavə edib qarışdırın.
  • Suyunu da töküb qarışdırın və sonra ocağın altını söndürün.
  • Fırından çıxartdığınız mantıların üzərinə 1 su stəkanı  ilıq toyuq  suyunu gəzdirin.
  • Sarımsaqlı qatığı  və sosunu da tökün.
  • Sevdiyiniz   ədviyyatlarla dadlandıraraq servis edin.

 

So, what do you think ?