Min Bir Dad

Türk paxlavası ev üsulu

ev üsulu türk paxlavası

Türk paxlavası ev üsulu

 

Lazım olanlar: 

  • 1 ədəd yumurta
  • 0,5  stəkan qarğıdalı və ya fındıq yağı (100 qram kərə yağı da ola bilər)
  • 1 stəkan süd
  • 4 stəkan un
  • 1 paket qabartma tozu
  • 1 çimdik duz

İçlik üçün:

  • 1,5-2 stəkan çox kiçildilmədən çəkilmiş qoz ləpəsi
  • 150 qram kərəyağı
  • 500 qram buğda və ya qarğıdalı nişastası

Şərbət üçün: 

  • 5 stəkan şəkər tozu
  • 3,5 stəkan su
  • 1 qaşıq limon suyu

Hazırlanma qaydası: 

  • Türk paxlavası hazırlamaq üçün əvvəlcə umurta, süd və yağ geniş bir qabda qarışdırılır.
  • Türk paxlavası xəmiri əldə etmək üçün un, qabartma tozu və duz əlavə edib yoğurun.
  • Az-az un əlavə edərək xəmiri yoğurub 15 dəqiqə gözlədin.
  • Paxlava xəmirini 3 bərabər parçaya bölün.
  • Bu parçalardan birinə uzun çubuq şəkli verin.
  • Bunu əvvəlcə 4-ə, sonra hər parçanı yenidən 4-ə bölüb qozdan kiçik 16 parça əldə edin.
  • Parçaları ovcunuzda yumrulayın.
  • Üzərinə nişasta səpin.
  • Digər 2 parçanı da da eyni şəkildə bölün və hər birindən 16 parça hazırlayın.
  • Bu şəkildə 3 ədəd 16 parçalıq qrup yaratmış olduq.
  • Şəkər tozu və şəkəri qarışdırıb qaynadın.
  • Qaynadıqdan sonra vam odda 15 dəqiqə qaynadın və limon suyunu əlavə edin.
  • Bir az da bu şəkildə qaynadıb ocaqdan götürün.
  • Birinci qrupdakı kündələrin altına və üst hissəsinə çox miqdarda nişasta vurun və yuxa yayın.
  • Eynisini ikinci və üçüncü qrup xəmirlər üçün də təkrarlayın.
  • Bundan sonra stolun üzərini yüngül şəkildə nişastalayın və birinci qrup yuxanı buraya gətirin.
  • Ovcunuzun içi ilə yu
  • aları biraz da açın.
  • Ardından oxlov və ya vərdənə ilə yaxşıca açın.
  • Yuxa sini böyüklüyünə gəldikdən sonra sinini yüngül yağlayın, bu yuxanı sininin içərisinə sərin.
  • Qoz ləpəsinin yarısını buraya əlavə edin və bərabər şəkildə dağıdın.
  • İkinci qrup kündələri də eyni şəkildə açın, siniyə yığın və üzərinə qoz səpin.
  • Bundan sonra üçüncü qrup kündələri hazırlayın və onları da siniyə yerləşdirin.
  • İti uclu bir bıçağın köməyi ilə sinidə paxlavanı dilimləyin.
  • Kərə yağını isidin.
  • Üzərindəki ağ köpükləri alın.
  • Yüngül isidilmiş yağı paxlavanın hər yerinə tökün.
  • 170 dərəcə isidilmiş sobada paxlavanı altı-üstü qızarana qədər  bişirin (təqribən 50-60 dəqiqə).
  • Paxlava bişdikdən sonra ilıqlaşana qədər soyudun, üzərinə ilıq şərbət tökün
  • Paxlava şərbəti çəkdikdən sonra servis etmək olar.

Qeyd:

  • Xəmir sərt olsa, yuxanı açmaq çətin olsa da, paxlava daha kövrək olar.

 

So, what do you think ?