Min Bir Dad

Turşu qovurma

0

Turşu qovurma

Turşu qovurma  üçün lazım olan ərzaqlar:

  • 1 kq doğranmış qoyun əti,
  •  5 ədəd soğan,
  • 300 q şabalıd.
  •  15 ədəd albuxara,
  •  1 çay qaşığı limon suyu,
  • Yarım çay qaşığı sarıkök,
  •  1 stəkan ət bulyonu,
  •  Duz,
  • İstiot

Turşu qovurmanın hazırlanma qaydası:

  •  Əti yuyun. suyunu çəkdikdən sonra doğrayıb bişirin .
  •  Şabalıdları çərtib 5 dəqiqə qaynar suda qaynadın və çıxardaraq qabığını soyun.
  •  Albuxaranı 3-4 dəqiqə suda saxlayıb sonra  suyunu  boşaldın.
  •  Baş soğanı  soyub  halqa şəklində doğrayaraq  yağda  qızardın.
  •  Daha sonra əti də əlavə edərək qızardın.
  •  Ayrı bir tavaya bir az yağ töküb vam odda şabalıdları qızardın.
  •   Albuxaranı da  vam odda qovurun.
  • Bunları ətlə soğan qarışımının üstünə töküb astaca qarışdırın.
  • Fincana limon suyu, bir az duz və sarıkök töküb qaynar su, yaxud da  ət bulyonu əlavə edib qarışdırın.
  • Hazırladığınız ətin üzərinə  tökün.
  • Yarım saat  vam odda bişirin.
  • Aradabir astaca qarışdırın.
  • İsti halda servis edin.

Nuş olsun!

So, what do you think ?