Min Bir Dad

Turşulu kabab

turşu kabab.jpg

Lazım olanlar:

  • 0,5 kq mal əti qıyması
  • 0,5 kq qoyun əti qıyması
  • 0,5 kq qoyun əti quşbaşı doğranmış
  • 10-15 dəstə cəfəri
  • Badımcan
  • Kərə yağı
  • Soğan
  • Duz
  • İstiot
  • Abqora və ya limon suyu

Hazırlanma qaydası:

Yarım kilo mal əti ilə yarım kilo qoyun əti soğanla birlikdəçəkilir. Zövqə gorə duz, istiot vurulur.

Ayrıca yarim kilo qoyun əti quşbaşı şəklində kiçik tikələrə bölünür və bu tikələr qazana tokulub qaynamaga qoyulur.
10-15 dəstə ceferi et ceken masindan cekilib suyu sıxılır. Həmin suyu ayrı bir qabda saxlayırıq. Sora cəfəri kütləsini qazanda qızartmağa başlayırıq.

Qaynadılmış ət tikələri hemin kütlenin içinə tökülüb onuda kere yağında qızardırıq. Sonra cəferi suyu iləət suyunu bir yerde hemin kütlənin üstunətökürük. Qaynamağa qoyuruq. Sora cekilmiw etden 10 qəpik böyüklüyündə kiçik kündələr hazırlayıb həmin kütlənin üstünə tökürük.

Badımcanları kiçik barmaq böyüklüyündə doğrayırıq və acı suyu alındıqdan sonra həmin kütlənin üzərinə tökürük. Zövqə görə duz, istiot, abqorv və ya limon suyu  əlavə edirik vəvam odda dəmə qoyuruq.

Qeyd:Yemək bir qədər qatı olmalıdır. Plovun yanında yeyilir.

Qeyd: Lənkəran mətbəxi

So, what do you think ?