Min Bir Dad

Turşumuş xəmir mayası

Turş maya, ayran mayası, noxud mayası

Turşumuş xəmir  mayası

 Turşumuş xəmir  mayası

Ləzzətli, sağlıqlı bir çörək hazırlamanın ən önəmli yolu mayanın hazırlanmasındadır.

Sənaye tipli mayalarla sürətli bir şəkildə çörək hazırlamaq mümkün olsa da, çörəyin nəfis dadını, ətrini dadmanın  sirri “Turşumuş xəmir  mayasındadır”.

Bəzi bölgələrdə hazırlanan çörək  bişirərkən  turşumuş mayadan istifadə edirlər.

Bunun üçün maya hazırlama metodundan istifadə olunduğu  kimi, çoxaldılan maya sonrakı çörək bişirmələrində  də istifadə olunur.

Yoğrulan və mayası gələn çörək xəmirindən bir parça ayıraraq sonra hazırlayacağınız çörəklərin mayalanmasında istifadə olunur.

  Su ilə maya hazırlamaq mümkün olduğu kimi, turşumuş ayrandan da maya hazırlamaq mümkündür.

Ənənəvi üsul ilə  maya hazırlamaq  səbr və dözüm tələb edir.

Mayanın suyu  saf olmalıdır.

Maya hazırlayacağınız qablar steril olmalıdır.

Turşumuş maya hazırlayarkən bunlar şərtdir, çünki belə bir şəraitdə ehtiyac duyduğumuz bakteriyalar   inkişaf edir.

Turşumuş mayanın hazırlanması surəsi 5-6 gün ola bilir.Mayalanma 20 -24 dərəcə temperaturda baş verir.

 Mayalanmanı sürətləndirmək üçün maya içərisinə quru üzüm dənəsi, qırılmış noxud dənələri, əvvəlcədən  tutulmuş çörək xəmirindən   bir parça qatmaq kimi metodlara baş vura  bilərsınız. 

Maya hazırlayarkən 24 saatda bir  və yaxud da 12 saatda bir mayanı  qarışdırmaq lazımdır.

Ölçüləri göz qərarı götürün.

Mayadakı rəng dəyişməsinə iy də yoldaşlıq edər.

Mayanın üzünün qaysaqlanması, göz-göz qabarcıqların olması işlərin yolunda olduğunu göstərir. Mayanın rəngi çəhrayı olarsa , qabarçıq əmələ gəlməsi dayanarsa, mayanın çökəlməsi hiss olunarsa deməli mayalanma düzgün getməmişdir və başdan başlamaq lazımdır.

Turşumuş xəmir mayası  üçün lazım olan ərzaqlar:

  • Tam buğda unu ( və ya çovdar unu ),
  • Xlorsuz, qaynadılıb  otaq temperaturunda  soyumuş  su,
  • Qaynamış suda steril hala  gətirilmiş saxlama qabları ,
  • Təmiz, steril bir qaşıq yaxud da  spatula,
  • Təmiz bir bez yaxut streç film.

Hazırlanma qaydası:

  • Şüşə bankanı, qapağını, yaxud da içərisində maya hazırlayacağınız qabları , qarışdıracağınız qaşıq və  şpatulanı qaynamış su ilə steril edin.
  • Qurudun.
  • Mayanı necə saxlayacağınız haqqında qərar verin.
  • Əvvəlcə mayanıza  12 saatda bir, sonra isə 24 saatda bir   diqqət edin.
  • Mayalanma normal gedərsə 24 saatda bir təqib edə bilərsiniz.
  • Ölçülərə diqqət edin.
  • Bir stəkan un və su ilə başlamışsınızsa ölçülərinizi belə qəbul edin.
  • Bir stəkan buğda ununu bankaya alın.
  • Qaynadılaraq otaq temperaturunda soyutduğunuz sudan bir stəkan götürüb una qatın və qarışmasını gözləyin.
  • Bankanın qapağını  qapaqla, quru bez və yaxud da strec filmlə bağlaya bilərsiniz.
  • İlk bakteriyaların fəaliyyətə başlaması üçün bankanı bir kənara qoyun.
  • Mayalanmanın normal getməsi üçün quru üzüm və ya qırıq noxud dənələri də ata bilərsiniz.
  • Maya hazır olandan sonra bunları içərisindən çıxartmaq lazımdır.
  • 12 saatdan sonra mayanı yoxlayın. Hələlik mayalanma tamamən başlanmadığı üçün un dibə çökmüş vəziyyətdədir.
  • Öncə qarışdırmaq lazımdır.
  • Ardından 1 stəkan un və 1 stəkan su əlavə  edərək ağzını bağlamaq  lazımdır.
  • 2 ci gün yenə də mayanı tutduğumuz saatda ərzaqları qarışdıraraq 1 stəkan un və 1 stəkan su əlavə edin.Bundan sonra mayanı 24 saatda bir çoxalda bilərsiniz.
  • Hər gün eyni şəkildə un və su əlavə edin.  Mühit temperaturuna görə və ərzaqların  vəziyyətinə görə mayalanma fəaliyyətinə görə öncə rənginə və iyinə  diqqət etməlisiniz.
  • Əgər mayanızın çoxaldığını düşünürsünüzsə yarsını başqa bir bankaya yığın.
  • Hər iki bankada da eyni metoddan istifadə edin.Temperatur normaldırsa 5-6 günə mayanız hazır olacaq, göz-goz qabaracaq, iyində kəskin turşumuş iyi hiss edəcəksiniz.
  • Artıq   mayanız hazırdır və onunla xəmir yoğura bilərsiniz.

So, what do you think ?