Min Bir Dad

Ückünc qozlu paxlava

0
Üçkünc qozlu paxlava

Üçkünc qozlu paxlava

Ückünc qozlu paxlava

Lazım olan ərzaqlar:

  • 15 ədəd paxlava yuxası,
  • 1 kasa döyülmüş qoz,
  • 2 yemək qaşığı şəkər,
  • 125 q kərə yağı,
  • 2 yemək qaşığı duru yağ,

Ückünc qozlu paxlava şərbəti üçün:

  • 1,5 stəkan şəkər,
  • 1, 5 stəkan su,
  • 1 yemək qaşığı limon suyu,

Ückünc qozlu paxlava hazırlanma qaydası:

Əvvəlcə şərbəti hazırlayın.

Şəkər və suyu 10 dəqiqəyə yaxın qaynadın.

Daha sonra limon suyunu əlavə edib 5 dəqiqə daha qaynadın.

Sonra soyumağa qoyun.

Qoz ilə iki yemək qaşığı şəkəri qarışdırın.

Kərə yağını əridin.

Sonra duru yağla qarışdırın.

Yuxaları üç hissəyə ayırın.

Üç qat aralarnı yağlayaraq üst-üstə qoyun.

Hər qatı yaxşı-yaxşı yağlayıb üst-üstə qoyun.

Daha sonra hazırladığınız bu yuxaları 4-5 yerə bölün.

Uzun-uzun üç barmaq qalınlığında kəsiklər olacaqdır.

Daha sonra bu uzun parçaların üzərinə hazırladığınız qozu səpin.

Hər bir parçanı üçkünc bükün.

Bütün yuxaları bu şəkildə hazırladıqdan sonra yağlanmış siniyə yığın.

Üzərini təkrar fırça ilə yağlayın.

170 dərıcə qızdlrılmış fırında üzəri qızarana qədər bişirin.

Bişən börəklərin üzərinə soyuq şərbəti əlavə edin.

Bundan sonra Ückünc qozlu paxlava qalan qoz ilə bəzəyin.

 

So, what do you think ?