fbpx

Min Bir Dad

Unsuz və şəkərsiz keks

0

Unsuz və şəkərsiz keks

unsuz və şəkərsiz keks

unsuz və şəkərsiz keks

6nəfərlik,

20 dəqiqəyə hazırlanır,

35 dəqiqəyə bişir.

Unsuz və şəkərsiz keks  üçün lazım olan ərzaqlar:

  • 1su stəkanı qoz ləpəsi,
  • 1.5 su stəkanı  fındıq içi,
  • 3 yumurta,
  • 1.5 çay stəkanı  süd,
  • 2 yemək qaşığı pəkməz,
  • 1 paket qabartma tozu,
  • 1 paket vanilin,
  • 1 çay qaşığı darçın,
  • 1 yemək qaşığı portağal qabığı rəndəsi,
  • 8-10 xurma,
  • Yarım çay stəkan  quru üzüm,

Unsuz və şəkərsiz keksin hazırlanma qaydası:

Keks  tərifləri ən sevilən şirniyyatlar  arasında yer alsa da, karbonhidrat dəyəri yüksək olduğu üçün diqqətli tükədilməsi gərəkir. Ərzaqlar hazırdısa aşağı kalorili unsuz və şəkərsiz keks tərifinə başlayaq .

  1. İlk olaraq qoz  və fındığı əzərək  toz halına  gətirin.
  2. Yumurtaları bir mikser yardımıyla 3-4 dəqiqə çırpın.
  3. Süd, bəkməz, qabartma tozu, vanilin  və tarçını yumurtaların üzərinə əlavə edin.
  4. Çəkdiyiniz fındıq, qoz ləpəsi və portağal qabığı rəndəsini əlavə edin. 
  5. Kiçik -kiçik doğradığınız xurma və quru üzümləri də əlavə edərək taxta bir qaşıqla qarışdırın.
  6. Hazırladığınız qarışımı  yağlı kağız sərili 20*20 ölçüdə dördkünc formalı bir qaba tökün.
  7. Keksin qabarması üçün qabartma tozunun yanında bir çay qaşığı soda  əlavə edə bilərsiniz. 
  8. Bunun nəticəsində  keks də olan  turşuluq da azalacaqdır.
  9. Yumurtaların otaq temperaturunda olmasına  diqqət edin.
  10. Qarışıma əlavə etməzdən öncə  yumurta və sarısını ayrı qablarda çırpa bilərsiniz.
  11. İstifadə edəcəyiniz  quru ərzaqları əlavə  edin.
  12. Yağlı kağız istifadə etməsəniz  soba qabını kərə yağı ilə yağlayın.
  13. Belə edərsinizsə keksi qabdan rahat çıxarda bilərsiniz.
  14. Qısa zaman ərzində  hazırlanan keksin bir porsiyonu 300 kaloriyə yaxındır.
  15. Əvvəlcədən   180 dərəcə qızdırılmış  sobada  30-35 dəqiqə  bişirin. 
  16. Unsuz və şəkərsiz keksi  dadlandırmaq üçün kakaolu dondurma ilə birlikdə  servis edə bilərsiniz.

Nuş olsun!

 

 

So, what do you think ?