Min Bir Dad

Ürək formasında tort

Ürək formasında tort

ürək formasında tort

ürək formasında tort

Ürək   formasında tort

Xüsusi günlər üçün  tort hazırlamaq istəyirsiniz?

1001 dad yemək saytı belə bir tortun hazırlanma qaydasını sizlərə təqdim etməyə çalışacaqdır.

Qısa surədə hazırlaya biləcəyiniz  bu tortu rahatlıqla ailənizdə hazırlaya bilərsiniz.

Ürək formasında  tort üçün lazım olan ərzaqlar:

  1. 4 yumurta,
  2. 1 su stəkanı şəkər,
  3. 1 su stəkanı  un,
  4. 1 paket qabartma tozu,
  5. 2 yemək qaşığı kakao,
  6. 1 su stəkanı  süd,
  7. 2 ədəd banan (ortasına qoymaq üçün),
  8. 1 su stəkanı  su və 2 şorba qaşığı toz şəkər (islatmaq üçün),
  9. 2 paket krem şanti,
  10. 1 paket vanilya,
  11.  2 su stəkanı  soyuq  süd (krem  üçün),

Ürək   formasında  tortun hazırlanma qaydası:

  1. Dərin bir qabda yumurtaları sındırın.
  2. Sındırdığınız yumurtaların üzərinə şəkəri əlavə edib yaxşıca çırpın.
  3. Yumurta və şəkər tamamən qarışdıqdan sonra üzərinə un, qabartma tozu,  kakao  və süd əlavə edib qarışdıraraq  keks xəmirinizi  hazırlayın.
  4. Keks xəmirimiz hazırdır.
  5. Əvvəlcədən fırını qızdırın ki, keksiniz yaxşı qabarsın.
  6. Keks qəlibini yağlayaraq keks xəmirini onun içinə əlavə edin.
  7.  Bişməyə qoyun
  8. Keksin bişib bişməməsini bir kürdanla yoxlayın.
  9. Keksiniz bişdikdən sonra keksin qəlibdə soyumasını gözləyin.
  10.   Keks soyuduğu müddət ərzində keksin şərbətini hazırlayın.
  11. Su və şəkərlə hazırladığınız şərbəti soyuduqdan sonra keksin üzərinə gəzdirib keksi isladın.
  12. Bir gecə qaldıqdan sonra  vanilin və bir stəkan soyuq südü krem şantiyə əlavə edib qarışdırın .
  13. Keks tabağında ortadan ikiyə böldüyünüz keksin alt hissəsini qoyun və üzərinə krem şanti yayın, dilimlədiyiniz bananlardan qoyun.
  14. İkinci keksi də əlavə edib üzərini qalan krem şanti ilə və qırmızı rəngli ürəklər ilə bəzəyin.

So, what do you think ?