sayfa içeriği

Min Bir Dad

Üzüm kompotu

0
Üzüm kompotu

Üzüm kompotu

Üzüm kompotu

Bu yazımızda hazırlanması son dərəcə asand, eyni zamanda ləzzətli  Üzüm kompotu reseptini sizin üçün qələmə aldıq. Ləzzətli olması ilə yanaşı, eyni zamanda həzmi asanlaşdıran bu kompot tərifi, əminik ki sizin çox xoşunuza gələcək.

Üzüm kompotu hazırlamaq üçün lazım olan ərzaqlar: 

  • 2 stəkan üzüm giləsi (və ya quru üzüm-kişmiş istifadə edəcəyiniz təqdirdə 1 stəkan kişmiş yetərlidir”
  • 5 stəkan su
  • 1 stəkan şəkər tozu
  • Çubuk darçın (istəyə görə) və ya 2 ədəd mixək

Üzüm kompotu hazırlanma qaydası:

Kompot hazırlamaq üçün əvvəlcə üzümlər ayırlnanır.

Bundan sonra təmiz suda 1-2 dəfə yuyulub durulanır.

Orta ölçülü bir qazan götürülür.

Bu qazana su, şəkər tozu, darçın (və ya mixək) və təmizlənmiş üzüm gilələri (və ya təmizlənib yuyulmuş kişmiş) hamısı birlikdə qoyulur.

Şəkər suda tamamən əriyənə qədər qarışdırılır.

Üzüm kompotu vam odda təqribən 15 dəqiqə qaynadılır.

Bundan sonra ocaqdan götürülür.

Kompot otaq temperaturuna gələnə qədər soyuması gözlənilir.

Bundan sonra kompot soyuducuya alınır və burada istənilən temperatura qədər soyudulur.

Kompot soyuq halda servis edilir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *